BDU tələbələrinin Mərkəzi Nəbatat Bağına ekskursiyası təşkil edilib

19/03/2025

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin Tələbə Gənclər Təşkilatı (TGT) 27 mart – Azərbaycan Respublikasında "Elm günü"nə həsr olunmuş "Bitkiləri tanıyaq" adlı ekskursiya təşkil edib. Mərkəzi Nəbatat Bağında keçirilən tədbir tələbələrin botanika sahəsində biliklərini artırmaq, təbiətə olan maraqlarını gücləndirmək və bitki müxtəlifliyini tanıtmaq məqsədi daşıyıb.

Ekskursiyada Biologiya fakültəsinin dekan müavini Yusif Abiyev, "Xarı Bülbül" Qızlar Klubunun sədri, professor Fərayət Əhmədova və tələbələr iştirak ediblər. Ekskursiya zamanı tələbələr bağın zəngin bitki örtüyü ilə daha yaxından tanış olub, bitkilərin mühafizəsi və ekosistemlərdəki rolunu öyrənib, bitki növlərinin ekologiyası və onların qorunmasının əhəmiyyəti haqqında məlumatlandırılıblar.

Ekskursiya zamanı Yusif Abiyev və Mərkəzi Nəbatat Bağının əməkdaşı, dosent Ofeliya Qafarova tələbələrə bağın tarixi, əhəmiyyəti və burada yetişdirilən bitki kolleksiyaları haqqında ətraflı məlumat veriblər. Tələbələr yeni əldə edilmiş qızılgül sortları və dünya florasından gətirilmiş bitkilərin Azərbaycan şəraitinə adaptasiya prosesləri, nadir və endemik bitki növləri ilə tanış olublar. Ekskursiya zamanı bitkilərin morfoloji xüsusiyyətləri, ekoloji tələbləri və mühafizə tədbirləri barədə maraqlı məlumatlar təqdim edilib.

Professor Fərayət Əhmədova ekskursiyanın sonunda tələbələrə təbiəti qorumağın və bitki müxtəlifliyinin əhəmiyyətini vurğulayıb. O, belə tədbirlərin gənc biologiya mütəxəssislərinin formalaşmasında mühüm rol oynadığını və onların elmi tədqiqatlara olan marağını artırdığını qeyd edib.

Xəbərlər

BDU-nun professor-müəllim heyəti üçün “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçiriləcək

BDU-nun professor-müəllim heyəti üçün “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçiriləcək
02/10/2026

BDU-da elmi resurslardan səmərəli istifadə və elmi nəşrlərin beynəlxalq təsirinin artırılması üzrə təlim

BDU-da elmi resurslardan səmərəli istifadə və elmi nəşrlərin beynəlxalq təsirinin artırılması üzrə təlim
02/10/2026

BDU EIFL-in Baş Assambleyasında təmsil olunub

BDU EIFL-in Baş Assambleyasında təmsil olunub
02/10/2026