BDU tələbələrinin nəzərinə!

15/11/2024

Qazaxıstanın L.N.Qumilyov adına Avrasiya Milli Universiteti “WELCOME TO ENU” akademik mobillik proqramına müraciətləri açıq elan edir. Bu proqram tələbələrə 2024/2025-ci tədris ilinin yaz semestrində akademik mobillik təcrübəsi qazanmaq imkanı yaradır.

Proqram çərçivəsində aşağıdakılar nəzərdə tutulur:

· Ödənişsiz təlim: Tələbələr qazax, rus və ingilis dillərində tədris olunan kursları seçə bilərlər.

· Ödənişsiz yaşayış: Beynəlxalq tələbələr üçün rahat və müasir tələbə yaşayış yerləri təklif  olunur.

· “Welcome Center”: Beynəlxalq tələbələrin sözügedən universitetin akademik mühitinə rahat inteqrasiya etməsi üçün dəstək və resurslar təqdim edilir.

· Tələbələr müxtəlif mədəni və maarifləndirici tədbirlərdə iştirak etmək imkanı qazanırlar.

Yalnız bilet və yemək xərcləri tələbələr tərəfindən qarşılanacaq.

Proqrama qoşulmaq istəyən tələbələr https://forms.gle/r1URi2be9ZTLJuhd9 linkində (son tarix: 30 noyabr 2024-cü il) onlayn ərizə doldurmalıdırlar. Ərizə ilə müraciət edən tələbələr transkript, təhsil haqqında sertifikat, xarici pasport, fotoşəkil və müvafiq qaydada doldurulmuş ərizə formasının skan edilmiş surətlərini təqdim etməlidirlər.

Əlavə məlumat üçün international.incoming.enu@gmail.com elektron poçt ünvanı ilə əlaqə saxlamaq, həmçinin @international_enu “Instagram” səhifəsinə suallar ünvanlamaq mümkündür.

Sənədləri eyni zamanda erasmus@bsu.edu.az email ünvanına göndərmək xahiş olunur.

Xəbərlər

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş
24/10/2026

BDU-nun Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzinin “Biotibb: Kəşfdən tətbiqə” adlı elmi tədbiri keçirilib

BDU-nun Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzinin “Biotibb: Kəşfdən tətbiqə” adlı elmi tədbiri keçirilib
23/10/2026

BDU-da “Tələbəyönlü tədrisin təşkili və biliyin qiymətləndirilməsi” mövzusunda təlim

BDU-da “Tələbəyönlü tədrisin təşkili və biliyin qiymətləndirilməsi” mövzusunda təlim
23/10/2026