BDU tələbələrinin nəzərinə!

01/09/2026

Bakı Dövlət Universitetinin (BDU) II, III və IV kurs tələbələri üçün “Sabah Academy” tərəfindən həyata keçirilən “Sahibkarlığa giriş” fənni üzrə qeydiyyat elan edilir.

15 həftəlik fənn çərçivəsində iştirakçılar sahibkarlıq sahəsində nəzəri biliklərlə yanaşı, praktiki bacarıqlar əldə etmək, təcrübəli sahibkarlar və sahə ekspertlərindən öyrənmək, real layihələr üzərində işləmək imkanı qazanacaqlar.

Proqram çərçivəsində tələbələri həftəlik mühazirə və seminarlar, problem həlli, məhsul inkişafı, biznes modeli, bazara çıxış, maliyyə və təqdimat bacarıqları üzrə praktiki dərslər, həmçinin komanda işi və qrup layihələrinin təqdimatı gözləyir.

Fənni uğurla tamamlayan tələbələr universitet krediti və sertifikat əldə edəcəklər. Tədris prosesi dil səviyyəsindən asılı olaraq ingilis, qrup formalaşacağı təqdirdə isə Azərbaycan dilində aparılacaq.

Qeydiyyat üçün son tarix: 10 sentyabr 2026-cı il

Qeydiyyat üçün link: https://forms.gle/on6SZFpm2XvqJfAz6

Layihə barədə daha ətraflı məlumat almaq üçün: https://youtube.com/shorts/U7A9pof8hCI

 

 

Xəbərlər

BDU Özbəkistanın Namangan Dövlət Texniki Universiteti ilə əməkdaşlığa başlayır

BDU Özbəkistanın Namangan Dövlət Texniki Universiteti ilə əməkdaşlığa başlayır
29/10/2026

BDU-da “44 günün qəhrəmanları – Zəfərin əbədi yaddaşı” adlı tədbir

BDU-da “44 günün qəhrəmanları – Zəfərin əbədi yaddaşı” adlı tədbir
28/10/2026

BDU tələbələri narkomaniyanın fəsadları barədə məlumatlandırılıb

BDU tələbələri narkomaniyanın fəsadları barədə məlumatlandırılıb
28/10/2026