BDU tələbələrinin nəzərinə!

23/01/2024

Çin Xalq Respublikasının (ÇXR) Pekin Universiteti Qlobal Açıq Kurslar Proqramı üçün 2024-cü ilin yaz semestrinə müraciətləri qəbul edir. Proqram xaricdəki tələbələrə Pekin Universitetinin tələbələri ilə onlayn kurslarda iştirak etmək imkanı yaradır.

Pekin Universiteti onlayn semestr kursları ilə yanaşı, 2024-cü ilin iyul-avqust aylarında kampusda təhsil və tədqiqat təcrübəsi təklif edir. Bu yay düşərgəsində iştirak etmək üçün onlayn semestr kursunu uğurla başa vurmuş, yüksək nəticə göstərən tələbələrə təqaüd təqdim olunacaq.

Yay düşərgəsində əla nəticə göstərən tələbələr Pekin Universitetinin aspiranturasına qəbul və təqaüd proqramında üstünlük əldə edəcəklər.

Pekin Universitetinin Qlobal Açıq Kurslar Proqramına müraciət etmək istəyən tələbələr aşağıdakı link vasitəsilə müraciət edə bilərlər:

http://www.studyatpku.com/

Proqrama qəbul üçün ilkin şərtlər:

  • İştirakçılar 2024-cü ilin yaz semestrində təhsil aldığı ali təhsil müəssisələrində qeydiyyatdan keçməlidirlər.
  • Pekin Universitetinin yaz semestri 19 fevral 2024-cü ildən 23 iyun 2024-cü il tarixinə qədər davam edəcək. Kurs cədvəli Pekin Universitetinin akademik təqviminə uyğun olacaq.
  • Kurslar ingilis dilində aparılır. İştirakçılar kursun tədris olunduğu dil haqqında kifayət qədər biliyə malik olmalıdırlar.

Son müraciət tarixi: 5 fevral 2024-cü il.

Xəbərlər

BDU-da "FUTURE17 Challenge" proqramının mentorları ilə ilkin görüş keçirilib

BDU-da "FUTURE17 Challenge" proqramının mentorları ilə ilkin görüş keçirilib
24/09/2026

BDU-nun şəhid məzunu Nicat Əhmədovun məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Nicat Əhmədovun məzarı ziyarət olunub
23/09/2026

BDU rektoru “UI GreenMetric Sustainable University Rankings 2026” konfransının panel müzakirəsində iştirak edib

BDU rektoru “UI GreenMetric Sustainable University Rankings 2026” konfransının panel müzakirəsində iştirak edib
23/09/2026