BDU tələbələrinin nəzərinə: Onlayn GNSS təlimi

29/09/2025

Bakı Dövlət Universiteti (BDU) Tokio Universitetinin Məkan Məlumatları Elmi Mərkəzi (CSIS) ilə birgə onlayn GNSS təlimi elan edir. Təlimlər 7, 8 və 11 oktyabr 2025-ci il tarixlərində keçiriləcək.

Proqram çərçivəsində tələbələr Qlobal Naviqasiya Peyk Sistemləri (GNSS) üzrə nəzəri və praktiki biliklər əldə edəcəklər:

  • GNSS peyk sistemlərinə və siqnallarına giriş
  • Mövqeyin dəqiqliyi, GNSS səhvləri və ölçmə üsulları
  • GNSS tətbiqləri (məsələn, nəqliyyatda tıxacların monitorinqi)
  • RTKLIB proqramının istifadəsi və praktiki məşğələlər
  • Qəbuledici qurğuların sazlanması və real məlumatların emalı
  • Dəqiqlik analizi, yekun müzakirə və Q&A sessiyası

İştirak üçün meyarlar:

  • BDU-nun bütün təhsil pillələrində təhsilalanlar üçün açıqdır
  • Coğrafiya, Geodeziya, Geofizika, Yer elmləri, Mühəndislik, Fizika, Riyaziyyat və tətbiqi riyaziyyat, informatika, data elmləri və əlaqəli ixtisas və ixtisaslaşmalarda təhsilalanlar üstünlük təşkil edəcək
  • Yüksək akademik göstəricilər
  • GNSS, peyk texnologiyaları və məkan tətbiqlərinə maraq
  • Təlimlərin bütün sessiyalarında aktiv iştirak etmək və ingilis dilində dərsləri izləmək bacarığı

Təlim haqqında məlumat:

Tarixlər: 7, 8 və 11 oktyabr 2025-ci il
Format: Onlayn (“Zoom” platforması vasitəsilə)
Təşkilatçılar: Bakı Dövlət Universiteti, Tokio Universiteti (CSIS)
Maraqlanan tələbələr iştirak üçün 3 oktyabr tarixinədək təhsil aldıqları fakültələrin dekanlığına yaxınlaşa bilərlər.
Xəbərlər

622,7 balla BDU-nun “Biotexnologiya” ixtisasını seçən tələbə: “Embriologiya və genetika üzrə tədqiqatlar aparmaq istəyirəm”

622,7 balla BDU-nun “Biotexnologiya” ixtisasını seçən tələbə: “Embriologiya və genetika üzrə tədqiqatlar aparmaq istəyirəm”
09/09/2026

“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda

“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda
08/09/2026

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb
07/09/2026