BDU tələbələrinin təşəbbüsü ilə BMT konfranslarının simulyasiyası keçirilib

17/12/2019

Bakı Dövlət Universiteti Birləşmiş Millətlər Təşkilatı Modeli Klubunun təşəbbüsü ilə IV Ənənəvi BDU BMT Modeli Konfransı keçirilib.
BDU-da keçirilən açılış mərasimində Klubun idarə heyəti iştirakçıları salamlayaraq, konfransın təşkil olunma prosesi haqqında məlumat verib.
Müxtəlif universitetlərin tələbələrinin daxil olduğu, ümumilikdə 90 gəncin iştirak etdiyi konfransda BMT-nin iki əsas orqanı – Baş Assambleya və Təhlükəsizlik Şurası simulyasiya edilib. Baş Assambleya “Aborigen xalqların iqlim dəyişikliyinə qarşı qorunmasının təmin olunması”, Təhlükəsizlik Şurası isə illərdir aktuallığını qoruyan və həllini tapmayan “Cənubi Çin” dənizindəki ərazi iddiaları” mövzusunu müzakirə edib. Hər iki komitədə təqdim olunan qətnamələr səs çoxluğu ilə qəbul olunub.
Konfransda BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin tələbələri Rafael İbadov və Aydan Rzayeva “Ən yaxşı mövqe vərəqi”, Cavad Əhmədov “Ən yaxşı debatçı” mükafatları ilə təltif edilib, Xalid Ələkbərov və Həmidə Bağırova isə “Fəxri nümayəndə” adına layiq görülüblər.
BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin tələbələri Rəsul Mehdiyev BMT Modeli Klubunun Təhlükəsizlik Şurasının sədri, Jalə Rəfiyeva isə direktorudur.

Xəbərlər

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü
27/10/2026

BDU ilə Özbəkistanın Termez Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb

BDU ilə Özbəkistanın Termez Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb
27/10/2026

BDU təhsil tələbə krediti üzrə güzəştlərdən yararlanan tələbələrin sayına görə liderdir

BDU təhsil tələbə krediti üzrə güzəştlərdən yararlanan tələbələrin sayına görə liderdir
27/10/2026