BDU tələbələrinin uşaq ədəbiyyatına dair təqdimatları nümayiş olunub

19/04/2023

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsinin Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasında istehsalat təcrübəsi keçən tələbələrinin yerli və xarici müəlliflərin uşaq ədəbiyyatına dair kitablarının icmalından bəhs edən təqdimatları nümayiş olunub. Təqdimat zamanı tələbələr uşaq ədəbiyyatına dair müxtəlif kitabları redaktor hazırlığı, bədii tərtibat baxımından şərh edib, ayrı-ayrı nəşriyyatların çap məhsulları arasında müqayisəli təhlillər aparıb, bir sıra təkliflər irəli sürüblər. Təcrübə müddətində tələbələr Respublika Uşaq Kitabxanasının strukturu, fondu, elektron kataloq və kartoteka sistemi, oxuculara xidmət işi, sənəd dövriyyəsi, elektron resursları barədə xüsusi bilik və bacarıqlara yiyələniblər. Bu bilik və bacarıqların onların gələcək karyeralarında mühüm rol oynayacağını bildirən tələbələr yaradılmış şəraitə görə kitabxana rəhbərliyinə və mütəxəssislərə minnətdarlıq ediblər.

Sonda İnformasiya və sənəd menecmenti fakültəsinin, Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının rəhbərliyi və kitabxananın peşəkar mütəxəssisləri tərəfindən tələbələrin təqdimatları müzakirə edilib, irəli sürülən təkliflər dəyərləndirilib, həmçinin tələbələrə tövsiyələr verilib.

Xəbərlər

Birinci instansiya məhkəmələrinə ilk dəfə təyin edilən 39 hakimdən 27-si BDU məzunudur

Birinci instansiya məhkəmələrinə ilk dəfə təyin edilən 39 hakimdən 27-si BDU məzunudur
11/10/2026

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva
10/10/2026

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək
09/10/2026