BDU tələbələrinin “Uğur düsturu”

20/04/2021

Azərbaycan Dövlət Televiziyası (AzTV) ilə Bakı Dövlət Universitetinin (BDU) birgə hazırladığı “Uğur düsturu” verilişinin bugünədək 6 buraxılışı efirə getmişdir. Bu buraxılışlarda BDU-nun Kimya və Fizika fakültəsinin tələbələri iştirak etmişdir.

Buraxılışlarda tələbələr şif əsasının alınması, metal nanohissəciklərin əmələ gəlməsi, kalsium silikadın alınma reaksiyası, işığın dalğa uzunluğunun difraksiya qəfəsi vasitəsilə təyini, prizmanın sındırma əmsalı, fotoelementin həssaslığının təyini, közərmə lampasının işıq şiddətini fotometr vasitəsilə təyini və s. məsələlərin praktiki olaraq həyata keçirilməsi təqdim olunub. Verilişlərdə həmçinin neftin tərkibindəki suyun və kükürdün miqdarının ölçülməsi, neft və neft məhsullarının alışma temperaturu, daşınma zamanı yanğına qarşı təhlükəsizliyin təmin edilməsi, neft məhsullarının daşınma zamanı təmizlik dərəcəsinin müəyyən edilməsi, benzinin qrup tərkibinin təyini reaksiyası, diskozmetr vasitəsilə özlülüyünün təyin edilməsi, şəkər məhlulunun konsentrasiyasının polyarimetr vasitəsilə öyrənilməsi, lazer işığı ilə difraksiya qəfəsinin sabitinin müəyyənləşdirilməsi, lazer şüasının dalğa uzunluğunun frenel biprizması vasitəsilə təyini, mexaniki enerjini elektrik enerjisinə çevrilməsi, tirboelektrik nanogeneratorunun göstərilməsi və iş prinsipləri nümayiş olunub.

Verilişin BDU-nun laboratoriyalarında çəkilişlərinə verilişə tələbələr böyük maraq göstərir, öz praktik vərdişlərini televiziya tamaşaçılarına həvəslə nümayiş etdirirlər. Verilişin növbəti buraxılışlarının BDU-nun digər fakültələrinin laboratoriyalarında çəkilməsi planlaşdırırlır.

Xəbərlər

BDU-nun 14 tələbəsi “PAŞA Holding”in “Əlaçı” təqaüdünə layiq görülüb

BDU-nun 14 tələbəsi “PAŞA Holding”in “Əlaçı” təqaüdünə layiq görülüb
14/10/2026

BDU-da görkəmli riyaziyyatçı alim, professor Misir Mərdanovun 80 illik yubileyi qeyd olunub

BDU-da görkəmli riyaziyyatçı alim, professor Misir Mərdanovun 80 illik yubileyi qeyd olunub
14/10/2026

BDU-da “Məzunun izində” layihəsinin növbəti görüşü

BDU-da “Məzunun izində” layihəsinin növbəti görüşü
14/10/2026