BDU tələbələrinin “YARAT” Müasir İncəsənət Mərkəzinə ekskursiyası

24/04/2026

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər Təşkilatının (TGT) Kimya fakültəsi üzrə üzvlərinin təşkilatçılığı ilə “YARAT” Müasir İncəsənət Mərkəzinə ekskursiya təşkil olunub.

Ziyarətin əsas məqsədi tələbələrin asudə vaxtını səmərəli dəyərləndirmək, dünyagörüşlərini genişləndirmək və onları müasir incəsənətin müxtəlif istiqamətləri ilə yaxından tanış etmək olub. Ekskursiya zamanı tələbələr mərkəzdə nümayiş olunan “Matrix” sərgisini maraqla izləyiblər.

Sərgi çərçivəsində təqdim olunan əsərlər tələbələrdə fərqli təəssüratlar yaradıb. Onlar incəsənətin texnologiya və fəlsəfə ilə vəhdətini əks etdirən eksponatlarla tanış olub, əsərlərin mahiyyəti ətrafında müzakirələr aparıblar. Sərginin qeyri-adi konsepsiyası və vizual həlləri tələbələr tərəfindən maraqla qarşılanıb.

 

Xəbərlər

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş
24/10/2026

BDU-nun Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzinin “Biotibb: Kəşfdən tətbiqə” adlı elmi tədbiri keçirilib

BDU-nun Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzinin “Biotibb: Kəşfdən tətbiqə” adlı elmi tədbiri keçirilib
23/10/2026

BDU-da “Tələbəyönlü tədrisin təşkili və biliyin qiymətləndirilməsi” mövzusunda təlim

BDU-da “Tələbəyönlü tədrisin təşkili və biliyin qiymətləndirilməsi” mövzusunda təlim
23/10/2026