BDU tələbəri üçün “Ünsiyyətin uğur strategiyaları” mövzusunda infosessiya

28/04/2023

“Paşa Həyat Sığorta” şirkəti Bakı Dövlət Universitetinin (BDU) tələbələrinə “Ünsiyyətin uğur strategiyaları” mövzusunda infosessiya keçib.

Əvvəlcə tələbələrə BDU-nun Karyera və məzunlarla əlaqə sektorunun fəaliyyəti haqqında məlumat verilib. Qeyd olunub ki, “Paşa Həyat Sığorta” şirkətinin BDU ilə əməkdaşlığının əsasında Universitet tələbələrinin əmək bazarına adaptasiyasının daha səmərəli yollarını göstərmək durur.

Şirkətin əməkdaşı Vəli Məmmədov tələbələri ünsiyyət anlayışı, ünsiyyətin növləri, informasiya mübadiləsi haqqında məlumatlandırıb. Əsas diqqəti işgüzar ünsiyyətdə davranış modelləri və taktikaları üzərində cəmləyərək, tələbələrin gələcək karyera quruculuğunda onların əhəmiyyətindən, uğura nail olmaqda mühüm rolundan danışıb.

Tədbirdə BDU tələbələrinin təhsil keyfiyyətinin yaxşılaşdırılması məqsədilə şirkət tərəfindən müxtəlif istiqamətlərdə təcrübə mübadiləsi sessiyalarının keçirilməsi,  istehsalat və ya könüllü təcrübə proqramlarının təşkili məsələləri də müzakirə olunub.

Sonra iştirakçıların mövzu ətrafında çoxsaylı sualları cavablandırılıb.

Xəbərlər

Sentyabrın 25-də BDU-da ilk dərslər Anım Gününə həsr olunub

Sentyabrın 25-də BDU-da ilk dərslər Anım Gününə həsr olunub
25/09/2026

BDU-da Anım Günü qeyd olunub

BDU-da Anım Günü qeyd olunub
25/09/2026

BDU-da "FUTURE17 Challenge" proqramının mentorları ilə ilkin görüş keçirilib

BDU-da "FUTURE17 Challenge" proqramının mentorları ilə ilkin görüş keçirilib
24/09/2026