BDU tələbəsi Almaniyada konfransda iştirak edib

15/05/2017

Almaniyanın Auqsburq şəhərində Azərbaycanın Gənc Dostları Klubunun təşəbbüsü, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Auqsburq Universitetinin birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş “Heydər Əliyev - gənclik - multikulturalizm” mövzusunda ikigünlük beynəlxalq nəzəri konfrans keçirilib.

Tədbirə Azərbaycan Respublikasının Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdulla ölkəmizdən, eləcə də dünyanın müxtəlif ölkələrindən alimlər, ADA Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası,  Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universitetindən tələbələr, Yunanıstan, Litva, Rusiya, İndoneziya, Estoniya, İsrail, ABŞ, Portuqaliya, Türkiyə, Bolqarıstan, İtaliya, Polşa, Almaniya, Gürcüstan, İsveçrə, Makedoniya, Çexiya, Rumıniya və Efiopiyanın müxtəlif universitetlərini  təmsil edən  tələbələr,  Auqsburq Universitetinin müəllim-tələbə heyəti, dövlət rəsmiləri və ictimaiyyət nümayəndələri qatılıb. Konfrans boyu sərgi və dəyirmi masalar təşkil edilib, xarici ölkələrin alim və tələbələrinin çıxışları və mühazirələri dinlənilib, müzakirələr aparılıb, multikultural mədəniyyət axşamları təqdim edilib.

Konfransda Bakı Dövlət Universitetini Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin Politologiya ixtisasi üzrə təhsil alan 2-ci kurs tələbəsi Məryəm Əliyeva təmsil edib.

Mətbuat və informasiya şöbəsi, 15 may, 2017-ci il.

Xəbərlər

BDU dövlət idarəetməsində strateji kommunikasiyalar üzrə mütəxəssislər hazırlayacaq

BDU dövlət idarəetməsində strateji kommunikasiyalar üzrə mütəxəssislər hazırlayacaq
03/07/2026

BDU-nun Sosial elmlər və psixologiya fakültəsində yeddi yeni ixtisaslaşma yaradılır

BDU-nun Sosial elmlər və psixologiya fakültəsində yeddi yeni ixtisaslaşma yaradılır
03/07/2026

BDU-da “Türk dünyasının coğrafiyası” ixtisaslaşması açılır

BDU-da “Türk dünyasının coğrafiyası” ixtisaslaşması açılır
03/07/2026