BDU tələbəsi “Azad Mirzəcanzadə inkişaf proqramı”nın qalibi olub

23/02/2026

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin IV kurs tələbəsi, Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin əməkdaşı Nicat Həsənovun “EcoBin” layihəsi “Azad Mirzəcanzadə inkişaf proqramı”nın qalibi olub.

Azad Mirzəcanzadə inkişaf proqramının üçüncü dalğasına ölkənin müxtəlif ali təhsil müəssisələrindən və regionlardan çoxsaylı layihələr təqdim olunub. Çoxmərhələli seçim prosesi nəticəsində final mərhələsinə 60-dan çox iştirakçı və layihə vəsiqə qazanıb. Yekun qiymətləndirmə əsasında 10 layihə qalib elan olunaraq maliyyə dəstəyi əldə edib.

Müsabiqəyə təqdim olunan “EcoBin” layihəsi üzvi tullantıları Günəş enerjisi və mikroorqanizmlər vasitəsilə sürətli komposta çevirən, eyni zamanda süni intellekt və IoT sensorları ilə torpaq və su resurslarını idarə edən innovativ kənd təsərrüfatı sistemidir. Layihə kimyəvi gübrə istifadəsini azaltmaq, su ehtiyatlarına qənaət etmək və fermerlər üçün məhsuldarlığı artırmaq məqsədi daşıyır.

Qeyd edək ki, 2023-cü ilin sentyabr ayında elan edilmiş “Azad Mirzəcanzadə inkişaf proqramı”na sosial, ekoloji, maarifləndirici və innovativ istiqamətlər üzrə layihələr təqdim olunur. Seçilmiş layihələr ekspert qiymətləndirilməsindən keçərək qalib olur və maliyyə dəstəyi ilə həyata keçirilmə imkanı qazanır.

https://www.instagram.com/azadm_ink_proqrami?igsh=dG03bmgwYWxkbzN6

 

Xəbərlər

BDU rektorunun müşaviri Asiman İlyasov ARACIS-in “Beynəlxalq Ekspert Reyestri”nə daxil edilib

BDU rektorunun müşaviri Asiman İlyasov ARACIS-in “Beynəlxalq Ekspert Reyestri”nə daxil edilib
19/08/2026

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsi keçiriləcək

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsi keçiriləcək
19/08/2026

BDU-nun Abituriyent Məlumat Mərkəzinə 600-dən çox müraciət qəbul olunub

BDU-nun Abituriyent Məlumat Mərkəzinə 600-dən çox müraciət qəbul olunub
19/08/2026