BDU tələbəsi Belqradda Qış Hüquq Məktəbində iştirak edib

05/04/2024

Bakı Dövlət Universitetinin (BDU) SABAH qruplarının Hüquqşünaslıq ixtisasının IV kurs tələbəsi Rüstəm Əzimzadə Serbiyanın paytaxtı Belqrad şəhərində “Diplomatiya və hüquq” mövzusunda Qış Hüquq Məktəbində iştirak edib. Qış Məktəbi “ELSA (Avropa Hüquqşünas Tələbələr Assosiasiyası) Belgrade” tərəfindən keçirilib. Burada dünyanın 17 ölkəsindən 50 hüquq tələbəsi müxtəlif akademik və sosial proqramlara cəlb edilib.

Qeyd edək ki, proqram çərçivəsində “Qloballaşma”, “Avropa Birliyi ilə Serbiya Respublikası arasında diplomatik əlaqələr”, “Avropa Birliyinin statusu, perspektivləri və gələcəyi”, “Rəqəmsal diplomatiya”, “Avropaya inteqrasiya proseslərinin yenidən qurulması”, “İnsan hüquqları diplomatiyası və sosial prosedurlar” kimi mövzularda təlim və seminarlar keçirilib. Serbiyanın Diplomatiya Muzeyi, Milli Bankı, Xarici İşlər Nazirliyi, Konstitusiya Məhkəməsi və Belqrad şəhərinin müxtəlif görməli yerlərinə səfərlər təşkil edilib.

Proqramın sonunda fəal iştirakına görə fərqlənən tələbələrə sertifikat və hədiyyələr təqdim edilib.

Xəbərlər

BDU tələbələrinin nəzərinə!

BDU tələbələrinin nəzərinə!
03/11/2026

BDU-da tədbir: “Xarıbülbülün zəfər nəğməsi”

BDU-da tədbir: “Xarıbülbülün zəfər nəğməsi”
03/11/2026

BDU-nun Biologiya fakültəsində “Qələbəyə gedən yol” adlı ədəbi-bədii tədbir

BDU-nun Biologiya fakültəsində “Qələbəyə gedən yol” adlı ədəbi-bədii tədbir
03/11/2026