BDU tələbəsi Cənubi Koreyada yay proqramına qatılıb

05/08/2016

Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin ikinci kurs tələbəsi Fərəh Yaqublu Cənubi Koreya Respublikasının Beynəlxalq Təhsil Mərkəzi (NIIED) tərəfindən təşkil edilmiş tələbələr üçün xüsusi yay proqramına qatılıb. Seçmə turlardan uğurla keçən F.Yaqublu BDU-nu «Korean Government Summer Inventation Program»la Cənubi Koreyada təmsil edib. 19 ölkədən 30 nəfər tələbənin itirak etdiyi proqramın açılışı Cənubi Koreya Respublikasının Beynəlxalq Təhsil Mərkəzində baş tutub. Tələbələr proqram müddətində məşhur Keonbokkun sarayını, Koreya Mill, eyni zamanda Qoncu və Çoncu ənənəvi kənd muzeyini ziyarət edib, Çunqnam, Sanmun və KAIST Universitetlərində olub, Taekvondo, Koreya dili və Dünya iqtisadiyyatı dərslərində iştirak ediblər.

Lotos və Buryonq (palçıq) festivallarına qatılan tələbələr istirahət günlərində koreyalı ailələr tərəfindən qonaq ediliblər.

Mətbuat və informasiya şöbəsi, 05 avqust 2016-cı il.

Xəbərlər

Müstəqilliyimizin əbədi rəmzi

Müstəqilliyimizin əbədi rəmzi
09/11/2026

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2026

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
08/11/2026