BDU tələbəsi gənclər arasında şotokan karate üzrə Avropa çempionu olub

10/09/2024

Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin IV kurs tələbəsi Yavərbəy Abdullayev Macarıstanın Tata şəhərində keçirilən gənclər arasında şotokan karate üzrə XIV Avropa çempionatının qalibi olub.

Tələbəmiz 84 çəki dərəcəsində mübarizə aparıb. O, eyni zamanda böyüklər arasında komanda yarışlarında l yerə layiq görülüb.

Yavərbəy Abdullayev 10 ildən artıqdır ki, karate üzrə Azərbaycan millisinin üzvüdür.

Tələbəmizi təbrik edir, uğurlar arzulayırıq!

 

Xəbərlər

BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin məlumatı

BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin məlumatı
21/11/2026

BDU əməkdaşları üçün “Konfliktlərin idarə edilməsi” mövzusunda təlim

BDU əməkdaşları üçün “Konfliktlərin idarə edilməsi” mövzusunda təlim
20/11/2026

BDU-da tədbir: “Heydər Əliyev fenomeni və Azərbaycan dövlətçiliyinin tarixi inkişaf modeli”

BDU-da tədbir: “Heydər Əliyev fenomeni və Azərbaycan dövlətçiliyinin tarixi inkişaf modeli”
20/11/2026