BDU tələbəsi “Techest” təqaüd proqramının qalibi olub

31/05/2023

Bakı Dövlət Universitetinin (BDU) SABAH qruplarının Kompüter elmləri ixtisasının II kurs tələbəsi Məzahim Axundov Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən həyata keçirilən “Techest” təqaüd proqramının qalibi olub.

Qeyd edək ki, “Techest” təqaüd proqramının məqsədi informasiya texnologiyaları üzrə milli kadrların yetişməsini sürətləndirmək, bu sahədə mövcud çatışmazlıqları aradan qaldırmaq və ölkədə rəqəmsal inkişafa töhfə verməkdir.

“Techest” məktəbli, tələbə və məzunları İKT sahəsində peşəkar və ödənişsiz təlimlərlə təmin edən, gənclərin gələcəkdə startaplar qurmasında önəmli rol oynayan əməkdaşlıq müstəvisidir.

Tələbəmizi təbrik edirik!

Xəbərlər

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür
12/11/2026

BDU-nun şəhid məzunu Şəhriyar Həbibinin məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Şəhriyar Həbibinin məzarı ziyarət olunub
12/11/2026

BDU-da Konstitusiya Gününə həsr olunmuş intellektual yarış

BDU-da Konstitusiya Gününə həsr olunmuş intellektual yarış
12/11/2026