BDU tələbəsi XIV Mərkəzi Asiya Koreyaşünaslıq Olimpiadasında III yerə layiq görülüb
04/12/2024
Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin Regionşünaslıq (Koreya üzrə) ixtisasının III kurs tələbələri Nərmin Zeynalova, Məryəm Abasova, Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasının Koreya dili üzrə müəllimi, eyni zamanda Koreya Fondunun qonaq professoru Moon Eun Hyun Abılay xan adına Qazax Beynəlxalq Münasibətlər və Dünya Dilləri Universitetində keçirilən XIV Mərkəzi Asiya Koreyaşünaslıq Olimpiadası və Müstəqil Dövlətlər Birliyi (MDB) Koreyaşünas Gənc Tədqiqatçıların IX Konfransında iştirak ediblər.
Olimpiadada Şərqşünaslıq fakültəsinin tələbəsi Nərmin Zeynalova III yerə layiq görülərək, diplom və sertifikatla mükafatlandırılıb. Məryəm Abasova isə sertifikata layiq görülüb.
Tələbələrimizi təbrik edir, uğurlar arzulayırıq!



Xəbərlər
Birinci instansiya məhkəmələrinə ilk dəfə təyin edilən 39 hakimdən 27-si BDU məzunudur
Birinci instansiya məhkəmələrinə ilk dəfə təyin edilən 39 hakimdən 27-si BDU məzunudur
Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva
Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva
BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək
BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək
