BDU Türkiyə universitetləri ilə əlaqələri genişləndirir

16/04/2019

Türkiyə Respublikasının ölkəmizdəki səfiri Erkan Özoral Bakı Dövlət Universitetində olub. Səfiri universitetdə görməkdən məmnun olduğunu bildirən rektor Elçin Babayev BDU-nun təhsil, elm, innovasiya, sosial həyatı və beynəlxalq əlaqələri barədə yeni hədəflərindən danışıb, bu istiqamətdə Türkiyə universitetləri və digər qurumları ilə əməkdaşlığa xüsusi önəm verdiyini bildirib.

Səfir Erkan Özoral, öz növbəsində, universitetlər arasında elm-təhsil sahəsində həyata keçirilən layihələrin, tələbə-müəllim mübadiləsinin vacibliyini qeyd edib, əlaqələrin daha da intensivləşməsinə ehtiyac olduğunu vurğulayıb və səfirliyin bütün bu məsələlərə dəstək olacağını bildirib.

Görüşdə Mövlanə mübadilə proqramı, ikili diplom, birgə proqram, qrant və startaplar, qarşılıqlı tanışlıq, təcrübə mübadiləsi, Türkiyə festivalının keçirilməsi kimi məsələlər də müzakirə edilib.


Mətbuat və informasiya şöbəsi, 16 aprel 2019-cu il.

Xəbərlər

Müstəqilliyimizin əbədi rəmzi

Müstəqilliyimizin əbədi rəmzi
09/11/2026

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2026

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
08/11/2026