BDU Türkiyədə keçirilən 62-ci “Kitabxana həftəsi”ndə təmsil olunub

01/04/2026

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsi və Türkiyənin Bartın Universitetinin İnformasiya və sənəd menecmenti bölümünün birgə təşkilatçılığı ilə Türkiyədə keçirilən 62-ci “Kitabxana həftəsi” tədbirləri çərçivəsində “Sərhədləri aşan bilik: Azərbaycanda informasiya və sənəd menecmenti” mövzusunda panel təşkil olunub.

Tədbirin moderatoru – Bartın Universitetinin İnformasiya və sənəd menecmenti bölümünün dekanı, dosent Ahmet Altay vurğulayıb ki, Türkiyədə 1964-cü ildən başlayaraq hər il keçirilən “Kitabxana həftəsi”nin məqsədi cəmiyyətdə kitabxanaçılıq təhsilinə, kitabxana-informasiya fəaliyyətinə marağı artırmaq, bu istiqamətdə daha yaxşı nəticələr əldə etməkdir. Ahmet Altay qeyd edib ki, bu məqsədlə həftə boyu konfranslar, panellər, kitabxanalara, sərgi salonlarına və muzeylərə ekskursiyalar təşkil edilir, tanınmış ictimai xadimlərlə görüşlər keçirilir, mühazirələr, ustad dərsləri dinlənilir. Natiq bildirib ki, BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsi də 2021-ci ildən etibarən Türkiyədə keçirilən “Kitabxana həftəsi” tədbirlərində təşkilatçı qismində aktiv iştirak edir, bu çərçivədə qardaş ölkələrin kitabxanaçılıq və informasiya fəaliyyəti, muzey, arxiv işi ixtisasları üzrə kadr hazırlayan universitetləri və sahə qurumları ilə əlaqələr müntəzəm inkişaf etdirilir, birgə ustad dərsləri, mühazirələr, beynəlxalq elmi konfranslar təşkil olunur.

Tədbirdə BDU-nun Sənəd menecmenti kafedrasının müdiri, dosent Nadir İsmayılov və Kitabxanaşünaslıq kafedrasının dosenti Pərviz Kazimi məruzələrlə çıxış edərək ölkəmizdəki kitabxana-informasiya mühiti, BDU-nun bu sahə üzrə kadr hazırlığında aparıcı rolu, beynəlxalq əməkdaşlıq, xüsusilə qardaş Türkiyənin ali təhsil müəssisələri ilə son illər inkişaf edən qarşılıqlı əməkdaşlıq, birgə elmi konfransların, panel və müzakirələrin, ustad dərsləri və elmi seminarların təşkili barədə geniş məlumat veriblər.

Panel çərçivəsində aparılan müzakirələr iştirakçılar tərəfindən maraqla dinlənilib, məruzəçilərə çoxsaylı suallar ünvanlanıb.

 

Xəbərlər

BDU-da ətirli yovşan bitkisi vasitəsilə alınan metal nanohissəciklərin xüsusiyyətləri araşdırılır

BDU-da ətirli yovşan bitkisi vasitəsilə alınan metal nanohissəciklərin xüsusiyyətləri araşdırılır
01/04/2026

BDU Türkiyədə keçirilən 62-ci “Kitabxana həftəsi”ndə təmsil olunub

BDU Türkiyədə keçirilən 62-ci “Kitabxana həftəsi”ndə təmsil olunub
01/04/2026

BDU-da IV “Maarifçi” tələbə-məzun proqramı çərçivəsində infosessiya keçirilib

BDU-da IV “Maarifçi” tələbə-məzun proqramı çərçivəsində infosessiya keçirilib
01/04/2026