BDU Türkiyədə zəlzələdən zərərçəkənlərə humanitar yardım göstərəcək

14/02/2023

Bakı Dövlət Universiteti (BDU) qardaş Türkiyədə baş vermiş zəlzələdən zərərçəkənlərə humanitar yardım göstərəcək. Bu barədə BDU Elmi Şurasının iclasında qərar qəbul olunub.
Qeyd edək ki, BDU əməkdaşları və tələbələri zəlzələ baş verən gündən yardım kampaniyasına qoşulublar. Universitetin həm gənclər təşkilatları, həm fakültələri səviyyəsində zəruri ərzaq və geyim ləvazimatları alınaraq təhvil verilib, pul yardımı edilib. “BDU könüllüləri” təşkilatının üzvləri fevralın 8-dən Heydər Əliyev Fondunun təşəbbüsü ilə Türkiyədə zəlzələdən zərər çəkən vətəndaşlara yardım məqsədilə Əl Oyunları Sarayında təşkil olunan kampaniyada iştirak edirlər. Hər gün 40-dək BDU könüllüsü vətəndaşların gətirdiyi əşyaların çeşidlənməsi, qutulara yığılması prosesinə yardım göstərir. Hazırda BDU-nun 3 könüllüsü Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə qardaş ölkədə zəlzələdən zərərçəkənlərə yardım edir.

Xəbərlər

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2026

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
08/11/2026

BDU-da şanlı Zəfərə həsr olunmuş fləşmob

BDU-da şanlı Zəfərə həsr olunmuş fləşmob
07/11/2026