BDU Türkiyənin Atatürk Universiteti ilə əməkdaşlığa başlayır

21/05/2024

Bakı Dövlət Universiteti (BDU) ilə Türkiyə Respublikasının Atatürk Universiteti arasında birgə əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

Mərasimdə çıxış edən rektor Elçin Babayev hər iki universitetin təhsil və tədqiqat sahələri üzrə geniş imkanlarının olduğunu və imzalanan memorandumun uğurlu əməkdaşlığa imkan yaradacağını bildirib. O qeyd edib ki, anlaşma memorandumunda ortaq elmi-tədqiqat layihələrinin işlənməsi, akademik və inzibati heyətin, tələbə, doktorant və tədqiqatçıların mübadiləsinin, birgə konfransların, seminarların, simpoziumların həyata keçirilməsi nəzərdə tutulur.

Atatürk Universitetinin rektoru Ömer Çomaklı isə qeyd edib ki, rəhbərlik etdiyi ali təhsil müəssisəsi 67 illik tarixə malikdir. Atatürk Universitetinin 23 fakültəsində 80 minə yaxın tələbə təhsil alır. Ömer Çomaklı Azərbaycanın ən böyük ali təhsil müəssisəsi olan BDU ilə birgə ortaq layihələrin hər iki universitet üçün faydalı olacağına əminliyini bildirib.

Xəbərlər

BDU Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti ilə anlaşma memorandumu imzalayıb

BDU Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti ilə anlaşma memorandumu imzalayıb
06/10/2026

BDU əməkdaşı “HackerRank Campus Crew 2026” proqramına seçilib

BDU əməkdaşı “HackerRank Campus Crew 2026” proqramına seçilib
06/10/2026

Tanınmış bəstəkar, BDU-nun dosenti Fikrət Əlizadənin “Qəlbin simfoniyası” adlı yubiley gecəsi

Tanınmış bəstəkar, BDU-nun dosenti Fikrət Əlizadənin “Qəlbin simfoniyası” adlı yubiley gecəsi
06/10/2026