BDU Türkiyənin daha bir universiteti ilə əməkdaşlıq müqaviləsi imzalayıb

25/12/2025

Bakı Dövlət Universiteti (BDU) və Türkiyənin Batman Universiteti arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

Sənədi BDU-nun rektoru Elçin Babayev və Batman Universitetinin rektoru İdris Demir imzalayıb.

Memorandum hər iki universitetin nəzdində fəaliyyət göstərən fakültə, institut və kolleclərdə təlim-tədris prosesinin təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə birgə layihələrin həyata keçirilməsini nəzərdə tutur. Bu çərçivədə konfrans, sərgi, seminar, simpozium, qısamüddətli kurslar və təlimlərin təşkili, ortaq elmi-tədqiqatların aparılması planlaşdırılır.

Sənəddə həmçinin elmi jurnallarda birgə nəşrlər, ortaq akademik proqramların, tədris planlarının və sillabusların hazırlanması, təlimlərin keçirilməsi, akademik və inzibati heyətin, tələbələrin, magistrantların, doktorantların və tədqiqatçıların qarşılıqlı mübadiləsi kimi məsələlər əksini tapıb.

Əsası 2007-ci ildə qoyulmuş Batman  Universiteti Türkiyənin  nüfuzlu universitetlərindən biridir.

 

Xəbərlər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
13/11/2026

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib
13/11/2026

BDU tələbələri Pekin Kimya Texnologiyası Universitetində keçirilən mədəniyyət festivalında Azərbaycanı təmsil ediblər

BDU tələbələri Pekin Kimya Texnologiyası Universitetində keçirilən mədəniyyət festivalında Azərbaycanı təmsil ediblər
13/11/2026