BDU Türkiyənin Nəcməddin Ərbakan Universiteti ilə əməkdaşlıq memorandumu imzalayıb

23/06/2022

Bakı Dövlət Universiteti (BDU) və Türkiyə Respublikasının Nəcməddin Ərbakan Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb.

Memorandumu BDU-nun rektoru Elçin Babayev və Nəcməddin Ərbakan Universitetinin rektoru Cem Zorlu imzalayıb.

Memoranduma əsasən, tərəflər qarşılıqlı maraq doğuran tədqiqat, təhsil və tədris proqramları sahəsində birbaşa əməkdaşlığın qurulmasına yardım göstərəcəklər. Memorandumda tələbə, akademik və inzibati heyətin qarşılıqlı mübadiləsi, birgə seminarların, tədris proqramlarının təşkili, ortaq elmi-tədqiqat və inkişaf layihələrinin həyata keçirilməsi, nəşrlərin və digər müvafiq materialların mübadiləsi öz əksini tapıb.

Qeyd edək ki, 2010-cu ildə yaradılan Nəcməddin Ərbakan Universiteti Konya şəhərində yerləşən üç dövlət universitetindən biridir. Universitetin 20 fakültəsi, 8 peşə məktəbi, 34 elmi-tədqiqat mərkəzi, 4 institutu, xarici dil kolleci, Türk Musiqisi Konservatoriyası var.

Xəbərlər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
13/11/2026

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür
12/11/2026

BDU-nun şəhid məzunu Şəhriyar Həbibinin məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Şəhriyar Həbibinin məzarı ziyarət olunub
12/11/2026