BDU Türkiyənin Yıldız Texnik Universiteti ilə birgə magistr, doktorant hazırlayacaq

31/03/2017

Türkiyənin Yıldız Texnik Universitetinin Kimya-metallurgiya fakültəsinin Biomühəndislik kafedrasının müdiri, professor Sevil Yugel Bakı Dövlət Universitetində olub. Təbiət fakültələri, elmi-tədqiqat və tədris laboratoriyalarının fəaliyyəti ilə tanış olan professor Sevil Yugel rektor, akademik Abel Məhərrəmovla görüşüb. Elmi əlaqələrin daha da genişləndirilməsi, birgə magistr, doktorant hazırlığı barədə fikir mübadiləsi aparılan görüşdə yeni ixtisasların açılması da müzakirə olunub.

Görüşdə Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor, professor  İradə Əliyeva, Elm və innovasiyalar üzrə prorektor, AMEA-nın müxbir üzvü, professor Aydın Kazımzadə , Kimya fakültəsinin dekanı, professor Əbdülsəid Əzizov,  Biologiya fakültəsinin dekanı, professor Akif Quliyev və Xarici əlaqələr üzrə dekan Gülheyran Rəhimova iştirak ediblər.

Mətbuat və informasiya şöbəsi, 31 mart 2017-c il

Xəbərlər

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb
30/10/2026

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”
30/10/2026

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib
30/10/2026