BDU Tərtərdəki bir sıra ümumtəhsil müəssisələrinin kitabxanalarına kitablar hədiyyə edib

14/02/2026

Tərtər Rayon İcra Hakimiyyəti, Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanası və “BDU könüllüləri” təşkilatının birgə təşəbbüsü ilə 14 fevral - Beynəlxalq Kitab Bağışlama Günü münasibətilə Tərtər rayon Heydər Əliyev Mərkəzinə, eləcə də şəhər 1, 2, 5, 6 nömrəli və Xoruzlu, Bəyimsarov, Azad Qaraqoyunlu kənd tam orta ümumtəhsil məktəblərinə 213 nüsxə ədəbiyyat hədiyyə edilib.

Hədiyyə olunan kitablar içərisində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin əsərləri, şifahi xalq ədəbiyyatına, elmin müxtəlif qollarına aid kitablar yer alıb.

Kitabların təqdimedilməsi mərasimində çıxış edən “BDU könüllüləri” təşkilatının Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi üzrə üzvü Nərgiz Məmmədzadə bu günün mütaliəyə maraq və kitaba sevgi yaratmaq istəyən bütün insanları vahid məqsəd ətrafında birləşdirdiyini və hər il minlərlə yeni və oxunmuş kitabın uşaqlara hədiyyə edildiyini deyib. Bildirib ki, BDU tərəfindən ənənəyə çevrilən bu aksiya çərçivəsində ölkəmizin müxtəlif bölgələrindəki ümumtəhsil və ali təhsil müəssisələrinə kitablar hədiyyə edilir. Bu ənənə hər kəsin intellektual inkişafını stimullaşdırmaqla yanaşı, cəmiyyətdə paylaşmaq və hədiyyə etmək hissini də formalaşdırır.

Xəbərlər

BDU-nun həmtəşkilatçılığı ilə Arxeoloji Yay Məktəbi keçirilir

BDU-nun həmtəşkilatçılığı ilə Arxeoloji Yay Məktəbi keçirilir
05/08/2026

BDU-nun Astrofizika kafedrası: “Avqustun 13-də Perseid meteor yağışı olacaq”

BDU-nun Astrofizika kafedrası: “Avqustun 13-də Perseid meteor yağışı olacaq”
04/08/2026

BDU-nun Astrofizika kafedrası: “Yerin qravitasiyasının yox olacağı barədə məlumatlar həqiqəti əks etdirmir”

BDU-nun Astrofizika kafedrası: “Yerin qravitasiyasının yox olacağı barədə məlumatlar həqiqəti əks etdirmir”
04/08/2026