BDU “UI GreenMetric 2025” reytinqində Cənubi Qafqazın lideri oldu

05/12/2025

Bakı Dövlət Universiteti (BDU) dünyanın nüfuzlu ali təhsil müəssisələrinin ekoloji davamlılıq göstəricilərini qiymətləndirən “UI GreenMetric World University Ranking 2025” nəticələrinə əsasən Cənubi Qafqaz üzrə lider mövqeyinə yüksəlib.

BDU bu il reytinqdə əhəmiyyətli irəliləyiş əldə edərək, 105 ölkədən 1745 universitet arasında 493-cü pilləyə yüksəlib və əvvəlki illə müqayisədə 114 pillə irəliləyiş nümayiş etdirib. Reytinqdə yer alan 19 Azərbaycan ali təhsil müəssisəsi arasında BDU ölkə üzrə də ən yüksək mövqeyi tutub.

“UI GreenMetric” reytinqinin əsas məqsədi universitetləri ekoloji problemlərin həllinə daha aktiv cəlb etmək, kampuslarda davamlı inkişaf prinsiplərinin tətbiqini təşviq etməkdir. Reytinq qiymətləndirməsi aşağıdakı əsas meyarlar üzrə aparılır:

•    Kampusların təbii mühitə təsiri və infrastruktur həlləri
•    Enerji siyasəti və iqlim dəyişikliklərinə təsirin azaldılması
•    Kağız istifadəsinin optimallaşdırılması və rəqəmsallaşma
•    Su resurslarının səmərəli idarə edilməsi
•    Nəqliyyatın ekoloji cəhətdən dayanıqlılığı
•    Ekoloji mövzularda tədrisin təşkili
•    Ekoloji araşdırmalara ayrılan resurslar
•    Davamlılıqla bağlı elmi nəşrlərin sayı

BDU-nun bu nailiyyəti Universitetdə həyata keçirilən ekoloji yönümlü təşəbbüslərin, həmçinin tələbə və akademik heyətin ekoloji məsuliyyət sahəsində göstərdiyi səylərin nəticəsidir. Bu uğur Universitetin beynəlxalq reytinqlərdə mövqeyini daha da möhkəmləndirir və davamlı inkişaf istiqamətində öhdəliklərinin yerinə yetirilməsinə sadiqliyini nümayiş etdirir.

BDU bundan sonra da müasir ekoloji yanaşmaların tətbiqini genişləndirməyi, ətraf mühitin qorunması və davamlı inkişaf sahəsində akademik və ictimai missiyasını uğurla davam etdirməyi qarşıya məqsəd qoyur.

 

 

Xəbərlər

İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciəti

İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciəti
01/01/2026

BDU-nun professoru Mikayıl Cəfərov vəfat edib

BDU-nun professoru Mikayıl Cəfərov vəfat edib BDU-nun professoru Mikayıl Cəfərov vəfat edib BDU-nun professoru Mikayıl Cəfərov vəfat edib
01/01/2026

Milli birlik və həmrəylik bayramı

Milli birlik və həmrəylik bayramı
31/12/2025