BDU və ABŞ-ın Edinboro Universiteti arasında memorandum imzalanıb

22/11/2010

Bu gün Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Amerika Birləşmiş Ştatlarının Edinboro Universitetinin prezidenti, doktor Ceremi Braunu, beynəlxalq proqramlar üzrə direktor Olqa Zinovyevanı qəbul edib.

Rektor BDU-nun yaranma tarixindən, inkişaf mərhələlərindən, beynəlxalq əlaqələrindən və bir çox universitet assosiasiyalarına üzvlüyündən, dünyanın aparıcı ölkələrinin ali məktəbləri ilə ikitərəfli əlaqələrindən danışıb, Pensilvaniya Ştatının Edinboro Universiteti ilə də münasibətlərin yaranmasında maraqlı olduğunu bildirib.

ABŞ-ın müxtəlif universitetlərində müəllim, tədqiqatçı, prorektor vəzifələrində işləyən, 2007-ci ildən isə Edinboro Universitetinin 16-cı prezidenti vəzifəsində çalışan doktor Ceremi Braun təmsil etdiyi universitetin ABŞ-ın aparıcı ali məktəbləri sırasında olduğunu bildirib. Qeyd edib ki, universitetin texniki təchizatı yüksək səviyyədədir və  o, bu ali məktəbə prezident təyin ediləndən sonra tələbələrin sayı distant təhsil və on-line tədris hesabına xeyli çoxalıb. Hazırda ümumi məbləği 150 milyon olan layihələrə rəhbərlik edən qonaq da öz növbəsində BDU ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib.

Daha sonra universitetlərarası əməkdaşlıq barədə Anlaşma Memorandumu imzalanıb. Sənəddə tədqiqatçı, aspirant və magistrantların mübadiləsi, birgə layihələr mövzusunda elmi araşdırmalar aparılması, alimlərin və müəllimlərin ixtisaslarını artırma məqsədi ilə təcrübə mübadiləsi, birgə seminar və konfransların təşkili, qarşılıqlı maraq doğuran layihə və proqramlarda birgə iştirak nəzərdə tutulur.

İmzalanma mərasimindən sonra qonaqlar BDU-nun laboratoriyaları və elmi mərkəzlərində olub, xoş təəssüratla ayrılıblar.

 

Mətbuat və informasiya şöbəsi

Xəbərlər

BDU mədəniyyət hüququ üzrə kadr hazırlığına başlayacaq

BDU mədəniyyət hüququ üzrə kadr hazırlığına başlayacaq
25/07/2024

BDU və Türkiyənin Bayburt Universiteti arasında anlaşma memorandumu imzalanıb

BDU və Türkiyənin Bayburt Universiteti arasında anlaşma memorandumu imzalanıb
25/07/2024

BDU-nun 4 məzunu dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi olub

BDU-nun 4 məzunu dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi olub
25/07/2024