BDU və “Baku Marriott Hotel Boulevard” hotelinin nümayəndələri arasında görüş

17/07/2025

Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla iş Mərkəzi və “Baku Marriott Hotel Boulevard” hotelinin nümayəndələri arasında görüş keçirilib. Görüşün məqsədi tələbə və məzunların məşğulluq imkanlarının genişləndirilməsi, onların əmək bazarına inteqrasiyasına dəstək göstərilməsi və turizm sahəsində aparıcı işəgötürənlərdən biri olan “Baku Marriott Hotel Boulevard” ilə uzunmüddətli tərəfdaşlığın qurulması olub.

Karyera və məzunlarla iş Mərkəzinin direktoru Qəşəm Məmmədov Mərkəzin fəaliyyət istiqamətləri, tələbə və məzunlar üçün yaradılan karyera imkanları, işəgötürənlərlə əməkdaşlığa dair strateji planlar haqqında məlumat verib.

Karyera planlaşdırılması şöbəsinin müdiri Günel Qurbanova Mərkəzin həyata keçirdiyi layihələr və inkişaf proqramlarından bəhs edib, belə görüşlərin universitet-sənaye işbirliyini gücləndirdiyini vurğulayıb.

“Baku Marriott Hotel Boulevard” hotelinin insan resursları üzrə direktoru Əzizə Əsgərova tələbələr üçün mövcud təcrübə proqramları, gənc istedadların seçilməsi və işə qəbulu siyasəti, hotel daxilində karyera inkişaf imkanları barədə məlumat verib.

Görüşdə müştəriyönümlü peşələr üçün tələbə və məzunların hazırlıq səviyyəsinin artırılması istiqamətində  seminarların, “workshop”ların, motivasiya görüşlərinin, infoturların təşkili təklif edilib. Tərəflər Universitetdə birgə maarifləndirici seminar, təlim, “Karyera günləri” formatlı tədbirlərin keçirilməsi barədə razılığa gəliblər.

Xəbərlər

BDU-da "FUTURE17 Challenge" proqramının mentorları ilə ilkin görüş keçirilib

BDU-da "FUTURE17 Challenge" proqramının mentorları ilə ilkin görüş keçirilib
24/09/2026

BDU Özbəkistanın Ədliyyə Nazirliyi yanında Hüquqşünasların Yenidən Hazırlanması və İxtisasartırma İnstitutu ilə anlaşma memorandumu imzalayıb

BDU Özbəkistanın Ədliyyə Nazirliyi yanında Hüquqşünasların Yenidən Hazırlanması və İxtisasartırma İnstitutu ilə anlaşma memorandumu imzalayıb
24/09/2026

BDU-nun şəhid məzunu Nicat Əhmədovun məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Nicat Əhmədovun məzarı ziyarət olunub
23/09/2026