BDU və “AFB Bank” nümayəndələri arasında görüş keçirilib

16/09/2025

Bakı Dövlət Universitetinin (BDU) Karyera və Məzunlarla İş Mərkəzi ilə “AFB Bank” nümayəndələri arasında onlayn formatda əməkdaşlıq görüşü keçirilib. Görüşdə Mərkəzin Karyera planlaşdırılması şöbəsinin müdiri Günel Qurbanova, baş mütəxəssis İlkin Şərifov, “AFB Bank”ın İnsan resursları əməliyyatları şöbəsinin meneceri Ramil Rzayev, İstedadların idarə edilməsi şöbəsinin baş mütəxəssisi Samirə Hüseynova iştirak ediblər.

Görüşün əsas məqsədi tələbə və məzunların peşəkar inkişafının dəstəklənməsi, onların əmək bazarına daha rahat inteqrasiyasına kömək etmək və Universitet-işəgötürən əməkdaşlığını gücləndirmək olub.

Tərəflər BDU-nun karyera dəstəyi fəaliyyətləri, tələbə və məzunlara yönəlik tədbirlər planı və bank sektoruna olan maraq barədə müzakirələr aparıblar. Görüş zamanı əməkdaşlıq mexanizmlərinin qurulması və bu formatda görüşlərin davamlı keçirilməsi razılaşdırılıb.

“AFB Bank”ın nümayəndələri tələbə və məzunlara təklif olunan təcrübə proqramları, mövcud karyera imkanları və vakant iş yerləri barədə məlumat veriblər. Eyni zamanda gənclərin praktiki bacarıqlarının artırılması məqsədilə təlim və seminarların təşkili,  müxtəlif inkişaf layihələrinin birgə həyata keçirilməsi imkanları da müzakirə olunub.

 

Xəbərlər

622,7 balla BDU-nun “Biotexnologiya” ixtisasını seçən tələbə: “Embriologiya və genetika üzrə tədqiqatlar aparmaq istəyirəm”

622,7 balla BDU-nun “Biotexnologiya” ixtisasını seçən tələbə: “Embriologiya və genetika üzrə tədqiqatlar aparmaq istəyirəm”
09/09/2026

“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda

“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda
08/09/2026

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb
07/09/2026