BDU və “ALCO” MMC-nin əməkdaşları arasında görüş

23/10/2025

Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla iş Mərkəzi və “ALCO” MMC-nin əməkdaşları arasında görüş keçirilib.

Görüşdə Mərkəzin Karyera planlaşdırılması şöbəsinin müdiri Günel Qurbanova, baş mütəxəssisi İlkin Şərifov və “ALCO” MMC-nin Rəsmiləşdirmə şöbəsinin müdiri Sadiq Əsgərov iştirak ediblər.

Günel Qurbanova çıxışında Mərkəzin əsas məqsədinin tələbə və məzunların peşəkar inkişafına dəstək göstərmək, onların uğurlu karyera qurmasına şərait yaratmaq olduğunu qeyd edib. Bildirib ki, bu istiqamətdə müxtəlif layihə və proqramlar həyata keçirilir, işəgötürənlərlə əlaqələr genişləndirilir, eləcə də şirkətlərin təklif etdiyi vakansiya, təcrübə, təqaüd və könüllülük proqramları tələbə və məzunlara təqdim olunur.

“ALCO” MMC-nin nümayəndəsi isə şirkətin fəaliyyət istiqamətləri, insan resursları siyasəti və gənc mütəxəssislərin inkişafına yönəlmiş təşəbbüsləri barədə məlumat verib. O, tələbələrin real istehsalat prosesində iştirak etməklə praktiki bilik və bacarıqlara yiyələnəcəyini və bunun onların əmək bazarına hazırlıqlı şəkildə daxil olmasına şərait yaradacağını vurğulayıb.

Görüşdə BDU-nun Kimya, Beynəlxalq münasibətlər və İqtisadiyyat fakültələrinin tələbələri üçün təcrübə və təqaüd proqramlarının həyata keçirilməsi, eləcə də təcrübə proqramlarında fərqlənən tələbələrin gələcəkdə “ALCO” MMC-də işlə təmin olunması imkanları müzakirə edilib.

Sonda tərəflər gələcəkdə qarşılıqlı əməkdaşlığın daha da genişləndirilməsi, tələbələrin peşəkar inkişafına xidmət edən birgə layihələrin təşkil olunması barədə razılığa gəliblər.

Xəbərlər

Milli kimliyimizin simvolu - ana dilimiz

Milli kimliyimizin simvolu - ana dilimiz
01/08/2026

Xalq şairi, ictimai xadim Nəriman Həsənzadə vəfat edib

Xalq şairi, ictimai xadim Nəriman Həsənzadə vəfat edib
01/08/2026

BDU-nun akademik heyəti üçün təlim: Klinik sosial iş

BDU-nun akademik heyəti üçün təlim: Klinik sosial iş
31/07/2026