BDU və AMEA arasında memorandum
25/12/2013
Bu gün Bakı Dövlət Universiteti və Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutu arasında universitetin Hüquq fakültəsində yeni təsis ediləcək «İnformasiya hüququ» sahəsində magistratura təhsil pilləsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Memoranduma əsasən hər iki elm müəssisə BDU-nun Hüquq fakültəsində informasiya hüququ ixtisası üzrə magistratura pilləsində birgə proqramlar, mübadilələr, seminarlar, simpoziumlar, konfranslar və digər akademik təşəbbüslər yaradacaqlar. Memorandumu rektor, akademik Abel Məhərrəmov və AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev imzalayıblar.
Mətbuat və informasiya şöbəsi, 25 dekabr 2013-cü il.
Xəbərlər
BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib
BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib
BDU tələbələri Pekin Kimya Texnologiyası Universitetində keçirilən mədəniyyət festivalında Azərbaycanı təmsil ediblər
BDU tələbələri Pekin Kimya Texnologiyası Universitetində keçirilən mədəniyyət festivalında Azərbaycanı təmsil ediblər
