BDU və AMEA yeni layihəyə start verdi

11/07/2016

Bakı Dövlət Universitetinin Nanoaraşdırmalar laboratoriyasında AMEA-nın İdarəetmə Sistemləri İnstitutu və universitet əməkdaşlarının "İşlənmənin son mərhələsində olan yataqlarda neftvermə əmsalının artırılması üçün nanotexnologiyaların tətbiqi ilə intellektual idarəetmə sisteminin yaradılması" mövzusunda birgə seminarı olub.
Seminarda BDU-nun rektoru, akademik Abel Məhərrəmov, AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev, AMEA-nın müxbir üzvü, professor Aydın Kazımzadə, Mexanika riyaziyyat fakültəsinin dekanı, professor Nizaməddin İsgəndərov, Hesablama riyaziyyatı kafedrasının müdiri, professor Qalina Mehdiyeva və digər alimlər iştirak ediblər. Seminarı giriş sözü ilə açan rektor, akademik Abel Məhərrəmov BDU-da nanotexnologiyanın neftçıxarmaya tətbiqi ilə bağlı tətbiqi elmi tədqiqat işlərinin hələ 2005-cı ildən aparıldığını, SOCAR və Səudiyyə Ərəbistanının Kral Əbdul Əziz Kinq Araşdırmalar Mərkəzi ilə bu istiqamətdə əməkdaşlıq edildiyi seminar iştirakçılarının diqqətinə çatdırıb.
Akademik Telman Əliyev işlənmənin son mərhələsində olan yataqlarda neftvermənin artırılması üçün intellektual idarəetmə sisteminin yaradılması ilə bağlı uğurlu işlər aparıldığını seminar iştirakçılarının diqqətinə çatdırıb.
Sonra Nanoaraşdırmalar laboratoriyasında aparılan işlər barədə Fizika fakültəsinin dekanı, professor Məhəmmədəli Ramazanov məlumat verib. Qeyd edib ki, laboratoriyada son 7 ildə aparılan emi tədqiqat işlərinin nəticələri 150 xarici məqalədə, o cümlədən onlardan 82-si Tomson Reyter Agentliyinin siyahısına daxil olan jurnallarda dərc edilib. Bütünlüklə laboratoriyada bu dövr ərzində ümumi dəyəri 7,8 milyon dollarlıq qrant layihələri yerinə yetirilib. Daha sonra AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun əməkdaşları nəzərdə tutulan işlər barədə məlumat veriblər.
Seminarda, eyni zamanda bu istiqamətdə Dövlət proqramının hazırlanması barədə müzakirələr aparılıb və işçi qrup yaradılıb.

Mətbuat və informasiya şöbəsi, 11 iyul 2016-cı il.

Xəbərlər

BDU-da süni intellektin təhsildə tətbiqi müzakirə olunub

BDU-da süni intellektin təhsildə tətbiqi müzakirə olunub
17/09/2026

BDU-nun 4 tələbəsi Küveytdə ərəb dili üzrə təhsil proqramını uğurla başa vurub

BDU-nun 4 tələbəsi Küveytdə ərəb dili üzrə təhsil proqramını uğurla başa vurub
17/09/2026

BDU “QS Biznes Magistr Proqramları Reytinqi”ndə ilk dəfə iki istiqamət üzrə təmsil olunur

BDU “QS Biznes Magistr Proqramları Reytinqi”ndə ilk dəfə iki istiqamət üzrə təmsil olunur
16/09/2026