BDU və Şanxay Universiteti Anlaşma Memorandomu imzalayıb

03/06/2015

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Çin Xalq Respublikasının Şanxay Universitetindən olan nümayəndə heyəti ilə görüşüb. Nümayəndə heyətinin rəhbəri Sya Syaoxe BDU ilə əməkdaşlıqda maraqlı olduqlarını diqqətə çatdırıb. Rektor Abel Məhərrəmov, öz növbəsində, qonaqlara BDU haqqında məlumat verib, universitetdə tədris olunan çin dili və ədəbiyyatı, o cümlədən Konfutsi İnstitutu haqqında danışıb. Qonaqlar universitetlə tanışlıqdan məmnunluqlarını bildiriblər. Görüşün sonunda universitetlərarası beynəlxalq əlaqələrin inkişafı barədə Anlaşma Memorandumu imzalanıb. Memorandumda tədqiqatçı, aspirant və magistrantların mübadiləsi, birgə layihələr üzərində elmi araşdırmalar aparılması, alimlərin və müəllimlərin ixtisaslarını artırma məqsədi ilə təcrübə mübadiləsi, birgə seminar və konfransların təşkili, qarşılıqlı maraq doğuran layihə və proqramlarda birgə iştirak nəzərdə tutulur. Görüşdə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin çin dili və ədəbiyyatı ixtisası üzrə doktorantı Li Jen Yinə Şanxay Universitetinin dipdomu təqdim edilib. Məlum olub ki, Li Jen Yin bundan sonra Şanxay Universiteti ilə Bakı Dövlət Universiteti, o cümlədən Azərbaycanın digər universitetləri ilə əməkdaşlıq üzrə məsul şəxs kimi fəaliyyət göstərəcək.

Mətbuat və İnformasiya şöbəsi, 03 iyun 2015-ci il.

Xəbərlər

BDU-nun 9 tələbəsi “Codelandia”nın xüsusi təqaüd proqramlarının qalibi olub

BDU-nun 9 tələbəsi “Codelandia”nın xüsusi təqaüd proqramlarının qalibi olub
30/05/2025

BDU-nun təşkilatçılığı ilə tələbələr arasında "Çəkişmə" hüquq müsabiqəsi başa çatıb

BDU-nun təşkilatçılığı ilə tələbələr arasında "Çəkişmə" hüquq müsabiqəsi başa çatıb
30/05/2025

Bolqarıstanlı alimlər BDU-nun Filologiya fakültəsinin qonağı olublar

Bolqarıstanlı alimlər BDU-nun Filologiya fakültəsinin qonağı olublar
30/05/2025