BDU və "ARB24" telekanalının növbəti "NewsLab" təlim proqramı başlayıb

08/04/2025

Bakı Dövlət Universiteti (BDU) və "ARB24" telekanalı arasında imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində dördüncü "NewsLab" təlim proqramı başlayıb.

Üç ay davam edəcək proqram xəbər hazırlanması, nitq mədəniyyəti, görüntü və videomontaj sahələrini əhatə edir. Seçim mərhələsini uğurla tamamlayan 12 tələbə ilə BDU-da görüş keçirilib.

BDU-nun Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu bildirib ki, bu ildən etibarən təlimlərə III kurs tələbələri də cəlb edilib və əməkdaşlıq daha da genişləndirilib.

"ARB24" telekanalının direktoru Radik İsmayılov proqramın 4 ildir  uğurla icra olunduğunu diqqətə çatdırıb. O, bu təlimin jurnalistika sahəsində işə qəbul öhdəliyi ilə həyata keçirilən yeganə layihə olduğunu bildirib.

Proqramı "gənclər üçün dəyərli imkan" adlandıran professor Qulu Məhərrəmli iştirakçıları fəal olmağa və bu fürsətdən maksimum yararlanmağa çağırıb.

Daha sonra  Radik İsmayılov tələbələrə ilk təlim dərsini təqdim edib.

Qeyd edək ki, tədris proqramını uğurla başa vuran şəxslərə sertifikatlar veriləcək. Onların yarısı "ARB 24"də işlə təmin olunacaq.

Xəbərlər

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş
24/10/2026

BDU-nun Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzinin “Biotibb: Kəşfdən tətbiqə” adlı elmi tədbiri keçirilib

BDU-nun Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzinin “Biotibb: Kəşfdən tətbiqə” adlı elmi tədbiri keçirilib
23/10/2026

BDU-da “Tələbəyönlü tədrisin təşkili və biliyin qiymətləndirilməsi” mövzusunda təlim

BDU-da “Tələbəyönlü tədrisin təşkili və biliyin qiymətləndirilməsi” mövzusunda təlim
23/10/2026