BDU və “ARB 24”ün birgə layihəsi olan növbəti “NewsLab” təlim proqramı başlayıb

29/04/2026

Bakı Dövlət Universiteti (BDU) və “ARB 24” telekanalı arasında imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində beşinci "NewsLab" təlim proqramı başlayıb.

“Newslab” layihəsi çərçivəsində ilk təlimi “ARB 24”ün icraçı direktoru Elnur Şibliyev keçib. Təlim zamanı tələbələrə sujetlərin hazırlanma mərhələləri, informasiyanın düzgün seçilməsi və təqdim olunması qaydaları haqqında ətraflı məlumat verilib. Real televiziya materialları üzərindən nümunələr göstərilərək, sujetlərin quruluşu, vizual və mətn uyğunluğu kimi mühüm məqamlar izah olunub.

Layihə çərçivəsində təşkil olunan növbəti təlimi isə “ARB 24”ün direktor müşaviri Aynur Nəsirova keçirib. Bu təlimdə reportajın xüsusiyyətləri, mövzunun seçilməsi, hadisə yerindən məlumatın toplanması və tamaşaçıya düzgün çatdırılması kimi əsas məqamlar izah edilib. Təlim iştirakçılarına reportajın strukturu, “stand up”ların qurulması, kadr seçimində diqqət edilməli məqamlar barədə praktik tövsiyələr verilib.

BDU və “ARB 24”ün birgə təşkilatçılığı ilə hazırlanan layihə xəbər hazırlanması, nitq mədəniyyəti, görüntü, videomontaj sahələrini əhatə edir. Layihəni uğurla bitirən tələbələrə sertifikatlar təqdim olunur və iştirakçıların ən azı yarısı əmək müqaviləsi ilə rəsmi şəkildə işə götürülürlər.

Xəbərlər

18 Oktyabr – Müstəqilliyin Bərpası Günüdür

18 Oktyabr – Müstəqilliyin Bərpası Günüdür
18/10/2026

BDU-da əcnəbi tələbələr üçün tanışlıq ekskursiyası təşkil olunub

BDU-da əcnəbi tələbələr üçün tanışlıq ekskursiyası təşkil olunub
16/10/2026

BDU-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

BDU-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
16/10/2026