BDU və ATU-nun "Covid-19-un həyatımıza təsiri" adlı birgə tədbiri

17/02/2021

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin Tələbə Elmi Cəmiyyəti və Azərbaycan Tibb Universitetinin Stomatologiya və İctimai səhiyyə fakültlərinin Tələbə Elmi Cəmiyyətlərinin birgə təşkilatçılığı ilə "Covid-19-un həyatımıza təsiri" adlı onlayn tədbir keçirilib.

Kimya fakültəsi Tələbə Elmi Cəmiyyətinin sədri Əhmədova Rahilənin moderatorluğu ilə keçirilən tədbirdə Kimya fakültəsinin dekanı Abdülsəyid Əzizov, dekan müavini Taleh Qəhrəmanov, BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov iştirak edib.

Kimya fakültəsinin dekanı Abdülsəyid Əzizov koronavirus (COVID-19) infeksiyasının Azərbaycanda geniş yayılmasının qarşısını almaq üçün atılan addımlardan danışıb və  BDU-da görülən qabaqlayıcı, effektiv tədbirlər barədə məlumat verib.

Daha sonra Azərbaycan Tibb Universitetinin Stomatologiya fakültəsinin II kurs tələbəsi, Tələbə Elmi Cəmiyyətinin sədri Rza Abbaszadə " COVID-19-un molekulyar səviyyədə quruluşu", Kimya fakültəsi Tələbə Gənclər Təşkilatının sədri Əli Qədirli "COVID-19-a yoluxanda orqanizmdə baş verən dəyişikliklər və virusun mutasiyası", Kimya fakültəsinin II kurs tələbəsi Sevda Həsənova "Dezinfeksiyada istifadə edilən maddələr", Kimya fakültəsi Tələbə Elmi Cəmiyyətinin sədr müavini Zenfira Hüseynova "Virusdan qorunmaq üçün istifadə edilən maskalar və onların tərkibi", Azərbaycan Tibb Universiteti İctimai səhiyyə fakültəsinin I kurs tələbəsi Aysel İsmixanova " COVID-19 psixologiya və fiziologiyamıza necə təsir göstərir?" mövzusunda təqdimatla çıxış ediblər. Çıxışlarda COVID-19 pandemiyasının diaqnostika və müalicə üsulları, virusun quruluşu, mənşəyi, xəstəliyin əlamətləri, eyni zamanda vaksinlərin hazırlanması, infeksiyadan qorunma üsulları, yeni epidemiya təhlükəsinin  qarşısının alınmasında innovativ texnologiyaların tətbiqi kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb

Xəbərlər

BDU-nun Tarix fakültəsinin baş müəllimi Vaqif Nəbiyev vəfat edib

BDU-nun Tarix fakültəsinin baş müəllimi Vaqif Nəbiyev vəfat edib
17/07/2026

BDU-nun 12 tələbəsi “IT SkillSprint” proqramını uğurla başa vurub

BDU-nun 12 tələbəsi “IT SkillSprint” proqramını uğurla başa vurub
17/07/2026

“Mediada Azərbaycan dili” metodik vəsaitinin təqdimatı olub

“Mediada Azərbaycan dili” metodik vəsaitinin təqdimatı olub
17/07/2026