BDU və Audiovizual Şura arasında əməkdaşlıq məsələləri müzakirə edilib

04/04/2022

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev, Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri Xatirə Hüseynova, Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri Aynur Nəsirova Audiovizual Şuranın sədri İsmət Səttarovla görüşüblər.

Görüşdə Bakı Dövlət Universiteti ilə birgə layihələrin həyata keçirilməsi istiqamətində əməkdaşlığın perspektivləri, Jurnalistika fakültəsində audiovizual media sahəsində kadr hazırlığı məsələləri müzakirə olunub. Audiovizual Şuranın ekspertlərinin iştirakı ilə media hüququ, media menecmenti sahələrində Jurnalistika fakültəsinin tələbələri üçün ustad dərslərinin və treninqlərin təşkili barədə fikir mübadiləsi aparılıb.

Tərəflər əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəliblər.

Xəbərlər

BDU-da “Xarıbülbül” rəsm sərgisi keçirilir

BDU-da “Xarıbülbül” rəsm sərgisi keçirilir
06/11/2026

BDU tələbələri Zəfər muzeyində

BDU tələbələri Zəfər muzeyində
06/11/2026

BDU-da “Zəfərin toponimik izləri” adlı tədbir

BDU-da “Zəfərin toponimik izləri” adlı tədbir
05/11/2026