BDU və “Azersun Holding” əməkdaşları arasında görüş

22/10/2025

Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla iş Mərkəzi ilə “Azersun Holding” MMC-nin nümayəndələri arasında onlayn formatda görüş keçirilib.

Görüşün məqsədi Universitetlə aparıcı işəgötürən qurumlar arasında əməkdaşlığı genişləndirmək, tələbə və məzunların məşğulluq imkanlarını artırmaq və onların peşəkar inkişafına dəstək göstərmək olub.

Görüşdə Karyera və məzunlarla iş Mərkəzinin Karyera planlaşdırılması şöbəsinin böyük mütəxəssisi Vəfa Rəcəbli, karyera planlaşdırılması üzrə məsləhətçi Pərvanə Babayeva, “Azersun Holding” MMC-nin Təlim və inkişaf şöbəsinin müdiri Vəfa Əsədova və Təşkilati inkişaf və karyera şöbəsinin mütəxəssisi Şahin Əsədzadə iştirak ediblər.

Görüş zamanı Karyera və məzunlarla iş Mərkəzinin əməkdaşı Pərvanə Babayeva “Karyera kompası” layihəsi haqqında ətraflı məlumat verib. O bildirib ki, layihənin əsas məqsədi tələbələri əmək bazarının tələb və təklifləri ilə yaxından tanış etmək, sahə üzrə vacib bacarıqları müəyyənləşdirməkdə onlara dəstək olmaq, praktiki təcrübə imkanı yaratmaqdır. Layihə III-IV kurs tələbələri üçün nəzərdə tutulub və dörd istiqamət üzrə həyata keçiriləcək: sahəvi bacarıqlar təlimi, işəgötürənlərlə infosessiyalar, infoturlar və təcrübəyə yönləndirmə.

“Azersun Holding” MMC-nin Təlim və inkişaf şöbəsinin müdiri Vəfa Əsədova şirkətdə mövcud vakansiyalar və təcrübə proqramlarının BDU-nun Kimya, Ekologiya və torpaqşünaslıq, Biologiya fakültələrinin tələbələri üçün perspektivli olacağını bildirib. O, “Azersun Holding”in gənc mütəxəssislərin inkişafına xüsusi önəm verdiyini və universitetlərlə əməkdaşlıq çərçivəsində tələbələr üçün müxtəlif praktik öyrənmə imkanları yaratdığını vurğulayıb.

Görüşün sonunda qarşılıqlı fikir mübadiləsi aparılıb və gələcəkdə tələbə və məzunlar üçün birgə infotur və təlimlərin təşkili istiqamətində əməkdaşlığın inkişaf etdirilməsi barədə razılıq əldə olunub.

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Bu ilin sonunadək iki Super Ay hadisəsi müşahidə olunacaq”

BDU-nun Astrofizika kafedrası: “Bu ilin sonunadək iki Super Ay hadisəsi müşahidə olunacaq”
24/10/2025

BDU-da ixtisaslaşmaların beynəlxalq akkreditasiyasına hazırlıq məqsədilə görüş keçirilib

BDU-da ixtisaslaşmaların beynəlxalq akkreditasiyasına hazırlıq məqsədilə görüş keçirilib
24/10/2025

BDU-da elmi seminar: “Dərman bitkiləri, nanodərmanlar, alınma metodları və perspektivləri”

BDU-da elmi seminar: “Dərman bitkiləri, nanodərmanlar, alınma metodları və perspektivləri”
24/10/2025