BDU V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında iştirakına görə diplomla təltif edilib

30/09/2017

Bakı Dövlət Universiteti  Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Bakıİdman Sarayında təşkil etdiyi V BakıBeynəlxalq Kitab Sərgi-Yarmarkasında iştirak edib.Sərginin açılış mərasimində  Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Baş nazirin müavini, xalq yazıçısı Elçin Əfəndiyev, millət vəkilləri, müxtəlif ölkələrin nəşriyyat nümayəndələri, yazarlar və digər tanınmışşəxslər iştirak edib. Mərasimdəçıxış edən nazir Əbülfəs Qarayev sərgi və tarixi nəşrlər haqqında qonaqlara məlumatlar verib.
100-dək yerli, 40-dan artıq xarici nəşriyyat, kitab evi və digər təşkilatların qeydiyyatdan keçdiyi sərgi-yarmarkada Bakı Dövlət Universiteti müxtəlif elm sahələrini əhatə edən 300-ə yaxın kitabla təmsil edilib.  Universitetin nəşrləri böyük marağa səbəb olub. Qeyd edək ki, sərgidə fəal iştirakına görə  Bakı Dövlət Universiteti  diplomla təltif olunub.
Mətbuat və informasiya şöbəsi, 30 sentyabr 2017-ci il.

Xəbərlər

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür
12/11/2026

BDU-nun şəhid məzunu Şəhriyar Həbibinin məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Şəhriyar Həbibinin məzarı ziyarət olunub
12/11/2026

BDU-da Konstitusiya Gününə həsr olunmuş intellektual yarış

BDU-da Konstitusiya Gününə həsr olunmuş intellektual yarış
12/11/2026