BDU və BDU HİK arasında kollektiv müqavilə imzalanıb

06/11/2019

Bu gün Bakı Dövlət Universiteti və universitetin Həmkarlar İttifaqı Komitəsi arasında kollektiv müqavilə imzalanıb. Rektor Elçin Babayev müqavilənin Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi arasında bağlanmış sazişin əsasında imzalandığını qeyd edib. O, müqavilənin BDU və BDU HİK arasında qarşılıqlı əlaqələrin sosial tərəfdaşlıq  prinsipləri əsasında  inkişaf etdirilməsinə təkan verəcəyini bildirərək, universitetin hər zaman Həmkarlar İttifaqı Komitəsinin yanında olduğunu vurğulayıb. Rektor həmçinin BDU-dakı yeniliklərdən və 100 illik yubileyə hazırlıq proseslərindən də bəhs edib.

Daha sonra çıxış edən BDU Həmkarlar İttifaqı Komitəsinin sədri Hüseyn Məmmədov göstərdiyi etimada görə rektor Elçin Babayevə təşəkkürünü bildirib və BDU HİK-in hər zaman universitet əməkdaşlarının sosial, hüquqi, mənəvi mənafelərini qoruduğunu, imzalanan müqavilənin də bu əməkdaşlığa stimul olacağına əminliyini ifadə edib.

Qeyd edək ki, kollektiv müqavilə BDU-nun sosial-iqtisadi inkişafı istiqamətləri, peşə qrupları, təhsil işçiləri üçün layiqli, təhlükəsiz əmək şəraiti, əmək haqqı, sosial təminatları və əlavə imtiyazları müəyyən etmək məqsədilə imzalanıb.

 

Xəbərlər

BDU-nun Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzinin “Biotibb: Kəşfdən tətbiqə” adlı elmi tədbiri keçirilib

BDU-nun Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzinin “Biotibb: Kəşfdən tətbiqə” adlı elmi tədbiri keçirilib
23/10/2026

Son 5 ildə BDU-nun 78 tələbəsi “Gənc qızların təhsilinə dəstək” layihəsindən məzun olub

Son 5 ildə BDU-nun 78 tələbəsi “Gənc qızların təhsilinə dəstək” layihəsindən məzun olub
23/10/2026

BDU-da şəhərsalma və memarlıq irsinin kitabxana-informasiya təminatı tədqiq olunur

BDU-da şəhərsalma və memarlıq irsinin kitabxana-informasiya təminatı tədqiq olunur
22/10/2026