BDU və Bolqarıstanın Neofit Rilski adına Cənub-Qərb Universiteti əməkdaşlıq memorandumu imzalayıb

25/04/2025

Bakı Dövlət Universiteti (BDU) və Bolqarıstanın Neofit Rilski adına Cənub-Qərb Universiteti arasında elm, tədris və mədəniyyət sahələrində əməkdaşlığın gücləndirilməsinə dair anlaşma memorandumu imzalanıb.

Rəsmi imzalanma mərasimi BDU-da keçirilib və tədbirdə hər iki universitetin rəhbər heyəti iştirak edib.

Memorandumu BDU-nun rektoru Elçin Babayev və Neofit Rilski adına Cənub-Qərb Universitetinin rektoru Nikolay Marin imzalayıblar. Sənəd qarşılıqlı hörmət, bərabər hüquqlar, səmimi məsləhətləşmələr və qarşılıqlı fayda prinsipləri əsasında tərəflər arasında elmi və akademik əlaqələrin möhkəmləndirilməsini, birgə fəaliyyətlərin həyata keçirilməsini nəzərdə tutur.

İmzalanmış memorandum çərçivəsində tərəflər tələbə və müəllim mübadiləsinin həyata keçirilməsi, ortaq elmi tədqiqatların aparılması, birgə konfrans və seminarların təşkili, təhsil proqramlarının hazırlanması və ikili diplom imkanlarının inkişafı istiqamətində əməkdaşlıq edəcəklər.

Həmçinin, akademik və elmi resursların qarşılıqlı istifadəsi də nəzərdə tutulur.

Tədbir zamanı çıxış edən rektorlar universitetlər arasında əlaqələrin genişlənməsinin vacibliyini vurğulayıblar. Rektor Elçin Babayev qeyd edib ki, Bakı Dövlət Universiteti dünyanın aparıcı elm-tədris mərkəzləri ilə tərəfdaşlıq münasibətlərini genişləndirməkdə qərarlıdır. Rektor Nikolay Marin isə bu əməkdaşlığın hər iki universitet üçün yeni imkanlar yaradacağını və ortaq innovativ təşəbbüslərə zəmin yaradacağını bildirib.

Bu əməkdaşlıq sənədi BDU-nun beynəlxalq tərəfdaşlıq strategiyası çərçivəsində atdığı növbəti mühüm addımdır. Hər iki universitet yaxın gələcəkdə memoranduma əsaslanan konkret layihələrin həyata keçirilməsində qərarlı olduqlarını ifadə edib.

Xəbərlər

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş
24/10/2026

BDU-nun Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzinin “Biotibb: Kəşfdən tətbiqə” adlı elmi tədbiri keçirilib

BDU-nun Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzinin “Biotibb: Kəşfdən tətbiqə” adlı elmi tədbiri keçirilib
23/10/2026

BDU-da “Tələbəyönlü tədrisin təşkili və biliyin qiymətləndirilməsi” mövzusunda təlim

BDU-da “Tələbəyönlü tədrisin təşkili və biliyin qiymətləndirilməsi” mövzusunda təlim
23/10/2026