BDU və Böyük Britaniyanın Vorvik Universiteti arasında əməkdaşlıq imkanları müzakirə edilib

03/03/2025

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Böyük Britaniyanın Vorvik Universitetinin strateji inkişaf üzrə direktoru Gareth Robertslə görüşüb. Görüşdə “British Council”ın Azərbaycandakı rəhbəri Nərgiz Hacıyeva da iştirak edib.

Görüş zamanı iki universitet arasında potensial əməkdaşlıq imkanları və həyata keçiriləcək birgə proqramlar müzakirə edilib. Tərəflər təhsil və elmi tədqiqat sahələrində qarşılıqlı əlaqələrin genişləndirilməsi, tələbə və müəllim mübadiləsi, birgə elmi araşdırmaların  aparılması istiqamətində fikir mübadiləsi aparıblar.

Rektor Elçin Babayev BDU-nun son illərdə əldə etdiyi uğurlar, beynəlxalq reytinqlərdə mövqeyinin yüksəlməsi, innovativ tədris metodlarının tətbiqi və elmi araşdırmalardakı nailiyyətlər barədə məlumat verib.

Vorvik Universitetinin nümayəndəsi Gareth Roberts iki universitet arasında mümkün əməkdaşlıq sahələri üzrə təkliflərini irəli sürərək, strateji tərəfdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanların mövcud olduğunu vurğulayıb.

 

Xəbərlər

BDU-da şəhərsalma və memarlıq irsinin kitabxana-informasiya təminatı tədqiq olunur

BDU-da şəhərsalma və memarlıq irsinin kitabxana-informasiya təminatı tədqiq olunur
22/10/2026

BDU XII Bakı Beynəlxalq Kitab Sərgisində: “Klassik ədəbiyyat və türkologiya” mövzusunda tədbir

BDU XII Bakı Beynəlxalq Kitab Sərgisində: “Klassik ədəbiyyat və türkologiya” mövzusunda tədbir
22/10/2026

BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq

BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq
22/10/2026