BDU və “Clarivate Analytics” şirkəti elmi nəşrlərə dair onlayn görüş keçirib

06/11/2020

Bakı Dövlət Universiteti (BDU) “Clarivate Analytics” şirkəti ilə birgə elmi nəşrlər və BDU-da çap olunan elmi jurnalların beynəlxalq nüfuz qazanması kimi aktual məsələlərə dair növbəti onlayn tədbir keçirib. Tədbir elmi fəaliyyətin inkişaf etdirilməsi, onun keyfiyyət səviyyəsinin yüksəldilməsi və ölkəmizin elmi nüfuzunun dünyada gücləndirilməsi məqsədini daşıyıb.

“Microsoft Teams” platforması üzərindən təşkil olunmuş görüşdə Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, BDU-nun elm və innovasiyalar üzrə prorektoru Hüseyn Məmmədov, Clarivate Analytics şirkətinin MDB ölkələri və Rusiya üzrə direktoru Oleq Utkin, şirkətin Təhsil proqramları şöbəsinin müdiri Valentin Boqorov,  Azərbaycan, Gürcüstan və Ukrayna üzrə rəsmi nümayəndəsi Sevinc Cəfərova,  Mərkəzin şöbə müdiri Mahir Pirquliyev iştirak ediblər.

Rektor Elçin Babayev “Clarivate Analytics” şirkəti ilə əməkdaşlığın daha da genişləndirilməsi yollarına diqqət çəkib, onun perspektivlərindən bəhs edib, qarşıda duran məsələlərdən danışıb.

Clarivate Analytics şirkətinin Təhsil proqramları şöbəsinin müdiri Valentin Boqorov pandemiya şəraitinə baxmayaraq 2020-ci ilin birinci yarısında BDU alimlərinin beynəlxalq indeksli jurnallarda çap olunan elmi məqalələrinin artan dinamikasını görüş iştirakçılarının nəzərinə çatdırıb. Görüşün yekununda müxtəlif elm sahələri üzrə ən nüfuzlu jurnalların axtarılıb tapılması, məqalələrin hazırlanması, nəşr prinsiplərinə dair təlimlərin bundan sonra da mütəmadi olaraq keçirilməsi qərara alınıb.

Xəbərlər

VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turu keçiriləcək

VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turu keçiriləcək
16/01/2026

BDU 2025-ci ildə beynəlxalq akademik və elmi əməkdaşlıq sahələrində mövqelərini gücləndirib

BDU 2025-ci ildə beynəlxalq akademik və elmi əməkdaşlıq sahələrində mövqelərini gücləndirib
16/01/2026

BDU-nun çinli tələbəsi: “Azərbaycan dilini öyrənmək mənim üçün böyük şansdır” - MÜSAHİBƏ

BDU-nun çinli tələbəsi: “Azərbaycan dilini öyrənmək mənim üçün böyük şansdır” - MÜSAHİBƏ
16/01/2026