BDU və Dövlət Ehtiyatları Agentliyinin nümayəndələri arasında görüş

06/03/2026

Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla iş Mərkəzi və Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyinin (ADEA) nümayəndələri arasında işgüzar görüş keçirilib. Görüşün məqsədi tələbə və məzunların əmək bazarına hazırlığının gücləndirilməsi, praktiki bacarıqlarının inkişaf etdirilməsi və dövlət sektorunda real iş mühiti ilə inteqrasiyasının dəstəklənməsi istiqamətində əməkdaşlıq imkanlarının müzakirəsi olub.

Görüşdə BDU-nun Karyera və məzunlarla iş Mərkəzinin əməkdaşları Mərkəzin fəaliyyəti, tələbə və məzunlara təqdim olunan xidmətlər, layihələr və gələcək inkişaf istiqamətləri barədə ətraflı məlumat verib. O, tələbə və məzunların peşəkar bacarıqlarının inkişafına yönəlmiş əməkdaşlıq perspektivlərini təqdim edərək strateji idarəetmə və logistika, mentorluq proqramları, böhran idarəetməsi, eləcə də rəqəmsallaşma sahələrində birgə fəaliyyət imkanlarını diqqətə çatdırıb.

Müzakirələr zamanı ADEA nümayəndələri təklif olunan əməkdaşlıq istiqamətlərini yüksək qiymətləndiriblər. ADEA mütəxəssislərinin iştirakı ilə ixtisaslaşmış ustad dərslərinin təşkili, tələbə və məzunların cəlb olunduğu tematik layihə qruplarının formalaşdırılması və birgə praktiki layihələrin həyata keçirilməsi imkanları geniş müzakirə olunub.

Tərəflər bu əməkdaşlığın tələbə və məzunların peşəkar inkişafına, dövlət sektorunda karyera imkanlarının genişlənməsinə mühüm töhfə verəcəyini vurğulayıblar.

 

Xəbərlər

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü
27/10/2026

BDU ilə Özbəkistanın Termez Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb

BDU ilə Özbəkistanın Termez Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb
27/10/2026

BDU təhsil tələbə krediti üzrə güzəştlərdən yararlanan tələbələrin sayına görə liderdir

BDU təhsil tələbə krediti üzrə güzəştlərdən yararlanan tələbələrin sayına görə liderdir
27/10/2026