BDU və Dövlət Gömrük Komitəsinin Akademiyası birgə təlim keçirib

19/04/2022

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin və Dövlət Gömrük Komitəsinin Akademiyasının Tələbə Gənclər təşkilatlarının birgə təşkilatçılığı ilə “”İnzibati icraat haqqında” qanunun inzibati hüquq sistemində yeri və əhəmiyyəti” mövzusunda təlim keçirilib.

Görüşdə Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının baş məsləhətçisi, Dövlət Gömrük Akademiyasının inzibati hüquq müəllimi Zeynab Qənbərova mövzu ilə bağlı çıxış edib.

Təlimdə “İnzibati icraat haqqında” qanunda inzibati aktlar təhlil olunub, qanunun tətbiq edildiyi münasibətlər,  inzibati orqanların fəaliyyəti haqqında məlumat verilib.

Təlim diskussiya şəklində davam edib, iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.

Xəbərlər

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür
12/11/2026

BDU-nun şəhid məzunu Şəhriyar Həbibinin məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Şəhriyar Həbibinin məzarı ziyarət olunub
12/11/2026

BDU-da Konstitusiya Gününə həsr olunmuş intellektual yarış

BDU-da Konstitusiya Gününə həsr olunmuş intellektual yarış
12/11/2026