BDU və ETSN-in təşkilatçılığı ilə ağacəkmə aksiyası

29/04/2024

Bakı Dövlət Universiteti (BDU) və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Bakının Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib.

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən aksiya zamanı Nazirliyin əməkdaşları, ekokönüllüləri, BDU-nun  Ekoloji kimya kafedrası, Ekologiya və torpaqşünaslıq fakültəsinin müəllim-tələbə heyəti və “BDU könüllüləri”nin iştirakı ilə ərazidə Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.

Ekoloji davamlılıq, yaşıllıq zonalarının bərpası və genişləndirilməsini təşviq edən tədbirin məqsədi ictimaiyyətin diqqətini ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların artırılmasına yönəltmək və iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verməkdir.

Xəbərlər

18 Oktyabr – Müstəqilliyin Bərpası Günüdür

18 Oktyabr – Müstəqilliyin Bərpası Günüdür
18/10/2026

BDU-da əcnəbi tələbələr üçün tanışlıq ekskursiyası təşkil olunub

BDU-da əcnəbi tələbələr üçün tanışlıq ekskursiyası təşkil olunub
16/10/2026

BDU-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

BDU-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
16/10/2026