BDU və Çexiyanın Cənubi Bohemiya Universiteti arasında əməkdaşlıq əlaqələri müzakirə olunub

01/10/2021

Bakı Dövlət Universitetində (BDU) Cənubi Bohemiya Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə BDU-nun tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Fərda İmanov, elm və innovasiyalar üzrə prorektoru Hüseyn Məmmədov, Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin direktoru Mais Süleymanov, Elmi-təşkilati şöbənin müdiri Mətanət Musayeva, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rauf Həsənov, Biologiya fakültəsinin dekan müavini Səbinə Ömərova, fakültənin dosenti Çingiz Məmmədov, Çexiya Ticarət Təşviqat Agentliyinin Azərbaycan nümayəndəliyinin rəhbəri Pavel Zelenka, Cənubi Bohemiya Universitetinin prorektoru Hojdekr Michal və Texnologiya transferi şöbəsinin müdiri Stemberkova Ruzena iştirak ediblər.

Görüşdə BDU və Cənubi Bohemiya Universiteti arasında təbiət elmləri sahəsində akademik əməkdaşlığın genişləndirilməsi, tələbələrin və akademik heyətin mübadiləsi, Cənubi Bohemiya Universitetinin texnologiyaların transferi sahəsində olan təcrübəsini BDU ilə bölüşməsi, həmçinin BDU-nun Çexiya universitetləri və şirkətləri ilə birgə elmi-tədqiqat layihələri üzərində çalışması, sonradan bu layihələrin kommersiyalaşdırılması perspektivləri müzakirə olunub. Həmçinin iki universitet arasında “Su bioehtiyatları və akvakultura” ixtisası üzrə magistratura pilləsində ikili diplom proqramının hazırlanması haqqında fikir mübadiləsi aparılıb.

Xəbərlər

BDU-nun rektoru Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə iştirak edib

BDU-nun rektoru Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə iştirak edib
04/02/2026

BDU-nun professoru Rasim Məmmədov vəfat edib

BDU-nun professoru Rasim Məmmədov vəfat edib
04/02/2026

BDU ilə “PAŞA Kapital İnvestisiya Şirkəti” arasında əməkdaşlıq imkanları müzakirə olunub

BDU ilə “PAŞA Kapital İnvestisiya Şirkəti” arasında əməkdaşlıq imkanları müzakirə olunub
04/02/2026