BDU və “Grand-Agro İnvitro” MMC arasında anlaşma memorandumu imzalanıb

20/02/2026

Bakı Dövlət Universiteti (BDU) və “Grand-Agro İnvitro” MMC arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

Memorandumu BDU rektoru Elçin Babayev və “Grand-Agro İnvitro” MMC-nin rəhbəri Ramil Əzməmmədov imzalayıblar.

İmzalanma mərasimində çıxış edən BDU-nun rektoru Elçin Babayev qeyd edib ki, elm və təhsilin sənaye və bizneslə əlaqələndirilməsi, dövlət-özəl tərəfdaşlığı, alınmış elmi nəticələrin kommersiyalaşdırılması BDU-nun əsas hədəflərindəndir. O, əməkdaşlıq müqaviləsinin hər iki qurum üçün faydalı olacağına əminliyini bildirib.

“Grand-Agro İnvitro” MMC-nin rəhbəri Ramil Əzməmmədov isə BDU ilə birgə əməkdaşlığın həm elmi, həm praktik nəticələr verəcəyini qeyd edib.

Müqavilə çərçivəsində tərəflər tədqiqat və inkişaf layihələri hazırlayaraq icra edəcək, elmi potensialın səmərəli reallaşdırılmasına yönəlmiş qarşılıqlı təşəbbüsləri dəstəkləyəcəklər. Təhsilalanların müasir əmək bazarının tələblərinə uyğun bilik, bacarıq və səriştələrlə təmin olunması, praktiki vərdişlərinin inkişaf etdirilməsi, elmi-tədqiqat layihələrinə cəlb olunması, tələbələrin ixtisas istiqamətləri üzrə təcrübə proqramlarının təşkili, elmi-tədqiqat laboratoriyalarının maddi-texniki bazasının genişləndirilməsi və fəaliyyət mexanizmlərinin təkmilləşdirilməsi, akademik və sənaye tərəfdaşlığı çərçivəsində innovativ məzmunlu layihələrin hazırlanması və icrası da memorandumda əks olunub.

 

Xəbərlər

“GeoCamp” Tələbə yay düşərgəsində Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə ilə görüş

“GeoCamp” Tələbə yay düşərgəsində Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə ilə görüş
31/08/2026

BDU-ya qəbul olunanların 504 nəfəri 600-dən yuxarı bal toplayıb

BDU-ya qəbul olunanların 504 nəfəri 600-dən yuxarı bal toplayıb
31/08/2026

BDU-nun həmtəşkilatçılığı ilə keçirilən "GeoCamp" Tələbə yay düşərgəsinin təlim sessiyaları

BDU-nun həmtəşkilatçılığı ilə keçirilən "GeoCamp" Tələbə yay düşərgəsinin təlim sessiyaları
31/08/2026