BDU və “HRENGINEERING” MMC-nin əməkdaşları arasında görüş keçirilib

24/10/2025

Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla iş Mərkəzi və “HRENGINEERING” MMC-nin nümayəndələri arasında onlayn görüş keçirilib.

Görüşdə Mərkəzin Karyera planlaşdırılması şöbəsinin müdiri Günel Qurbanova, baş mütəxəssisi İlkin Şərifov, “HRENGINEERING” MMC-nin baş direktoru Aynur Mirzəzadə və PR meneceri Nigar Bilalova iştirak ediblər.

Günel Qurbanova çıxışında Mərkəzin əsas məqsədinin tələbə və məzunların peşəkar inkişafına dəstək göstərmək, onların uğurlu karyera qurmasına şərait yaratmaq olduğunu qeyd edib. Bildirib ki, bu istiqamətdə müxtəlif təlimlər və infosessiyalar təşkil olunur, işəgötürənlərlə əlaqələr genişləndirilir və tələbə-məzunlara faydalı layihələr təqdim edilir.

“HRENGINEERING” MMC-nin baş direktoru Aynur Mirzəzadə şirkətin fəaliyyəti barədə məlumat verib.  Bildirib ki, “HRENGINEERING” 2012-ci ildən dayanıqlı insan resursları sistemlərinin qurulması və işçi potensialının inkişafı sahəsində fəaliyyət göstərir. O, təlim, işə qəbul, təşkilati transformasiya, layihələrin idarə edilməsi və məsləhət xidmətləri kimi istiqamətlərdə fəaliyyətin aparıldığını vurğulayıb.

Görüşdə insan resurslarının idarə olunması, liderlik və fərdi inkişaf, maliyyə və mühasibatlıq, satış və marketinq, informasiya texnologiyaları kimi sahələrdə birgə təlim proqramlarının həyata keçirilməsi imkanları müzakirə olunub. Həmçinin şirkətin “Karyera məsləhəti” layihəsi çərçivəsində “Karyera planlaşdırılmasına giriş”, “CV və müraciət məktubu hazırlığı”, “Müsahibə bacarıqları” və “Şəxsi brendin formalaşdırılması” mövzularında təlimlərin keçirilməsi nəzərdə tutulub.

Sonda tərəflər əməkdaşlıq imkanlarının genişləndirilməsi, tələbə və məzunların peşəkar inkişafına xidmət edən birgə layihələrin həyata keçirilməsi barədə razılığa gəliblər.

Xəbərlər

BDU və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşkilatçılığı ilə “Bakı Şəhərsalma Həftəsi 2026” çərçivəsində beynəlxalq konfrans keçirilir

BDU və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşkilatçılığı ilə “Bakı Şəhərsalma Həftəsi 2026” çərçivəsində beynəlxalq konfrans keçirilir
15/05/2026

BDU ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

BDU ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb
15/05/2026

WUF13-ə həsr olunmuş “Urban Future – Gələcəyin şəhərləri” kitabının təqdimatı

WUF13-ə həsr olunmuş “Urban Future – Gələcəyin şəhərləri” kitabının təqdimatı
15/05/2026