BDU və ICESCO-nun Bakı regional ofisinin əməkdaşları arasında onlayn görüş

25/09/2025

Bakı Dövlət Universiteti (BDU) və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Bakı regional ofisi arasında əməkdaşlıq imkanlarını genişləndirmək məqsədilə onlayn görüş keçirilib. Görüşdə BDU rektorunun katibliyinin rəhbəri Mahir Pirquliyev, ICESCO-nun regional ofisinin meneceri Ələkbər Xıdırov, regional ofisin tərcüməçi və şərhçisi Aytən Eyvazzadə iştirak ediblər.

Tərəflər bu ilin sonlarında Bakıda keçirilməsi planlaşdırılan “Tərcümənin rolu” mövzusunda beynəlxalq konfransın təşkilini müzakirə ediblər. Konfransın məqsədi ICESCO-ya üzv ölkələr və Mərkəzi Asiyadan olan mütəxəssisləri bir araya gətirmək, tərcümənin ortaq dəyərlərin təşviqi, mədəniyyətlərarası dialoqa və davamlı inkişafa töhfəsi kimi əhəmiyyətini vurğulamaqdır.

Görüşdə ICESCO-nun əsas təhsil təşəbbüslərindən biri olan “Ərəb dili üzrə Beynəlxalq Dil Tədris Proqramı” da müzakirə olunub. Bu proqram ərəb dili bilməyən üzv dövlətlərin ehtiyaclarına cavab vermək məqsədi daşıyır və BDU-nun iştirakı ilə Azərbaycanda həyata keçiriləcək. Məqsəd təhsil işçiləri və ərəb dili müəllimlərinin potensialını artırmaq, tədris metodlarını və dil bacarıqlarını inkişaf etdirmək, həmçinin müasir pedaqoji, dil və texnoloji standartlara uyğun kurikulumların hazırlanmasına dəstək verməkdir.

 

Xəbərlər

BDU “THE Sustainability Impact Ratings 2026” reytinqində ilk dəfə qlobal TOP 200-də qərarlaşdı

BDU “THE Sustainability Impact Ratings 2026” reytinqində ilk dəfə qlobal TOP 200-də qərarlaşdı
24/06/2026

Görkəmli alim Şirməmməd Hüseynovun anım günüdür

Görkəmli alim Şirməmməd Hüseynovun anım günüdür
24/06/2026

Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Beynəlxalq elmi konfrans keçiriləcək

Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Beynəlxalq elmi konfrans keçiriləcək
24/06/2026